Şalva Gogoladze: Gürcüstan beynəlxalq idman yarışlarının təşkili sahəsində Azərbaycanın təcrübəsindən faydalanmaq istəyir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 3 iyun, AZƏRTAC
Son illərdə Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi mühüm mərkəzə çevrilib. Beynəlxalq və dünya səviyyəsində bir çox yarışlara ev sahibliyi edir. Gürcüstan da bu sahədə öz uğurları ilə seçilir. Biz birlikdə beynəlxalq yarışların təşkili istiqamətində təcrübə mübadiləsi aparmaq niyyətindəyik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstanın idman naziri Şalva Qoqoladze söyləyib.
Onun sözlərinə görə, gələcəkdə Gürcüstan da beynəlxalq turnirlərə ev sahibliyi etməyi planlaşdırır və bu istiqamətdə Azərbaycanın təcrübəsindən faydalanmaq istəyir: "Bildiyiniz kimi, azərbaycanlı idmançılar müxtəlif növlər üzrə Gürcüstana gəlir, eləcə də gürcü idmançıları Azərbaycanda yarışlarda iştirak edir. Münasibətləri və əməkdaşlığı daha da dərinləşdirmək üçün belə görüşləri daha da artırmaq lazımdır. Tez-tez görüşlər təşkil etmək iki dost və qardaş xalqlarımızı daha sıx birləşdirəcək".
Şalva Qoqoladze idman naziri kimi ilk xarici səfərini Azərbaycana edəcəyini bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 03 İyun 2025 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















