Şalva Papuaşvili: Azərbaycanla dostluğumuz uzunmüddətli və uğurludur
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Gürcüstan və Azərbaycan arasında münasibətlər dostluq və uzunmüddətli əməkdaşlıq əsasında uğurla inkişaf edir.
"Ölkə.az" xəbət verir ki, bu barədə ölkənin parlamentinin sədri Şalva Papuaşvili Tbilisidə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı bildirilib.
Ş.Papuaşvili bəyan edib ki, Gürcüstanın Azərbaycanla dostluğu uzunmüddətli və uğurludur.
Tərəflər ölkələrinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi xüsusi vurğulayıblar.
Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin artan geosiyasi və geoiqtisadi əhəmiyyəti, eləcə də strateji nəqliyyat və enerji layihələrinin geniş potensialını müzakirə ediblər.
Görüşdə Cənubi Qafqaz və daha geniş regiondakı proseslərə də toxunulub. Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə edilib, regional sabitlik və davamlı sülhün əhəmiyyəti vurğulanıb.(Report)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 22 İyul 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















