Şamaxı nın tapıntı sı qalır, yoxsa gedir? SON DURUM
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Bu mövsüm "Şamaxı"dakı performansı ilə diqqətləri üzərinə çəkən portuqaliyalı vinger Dioqu Balaunun aqibətinin necə olacağı azarkeşləri düşündürən mövzulardandır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində "Sumqayıt", "İmişli" və "Kəpəz" kimi klublar maraqlı olsa da, müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq 26 yaşlı oyunçu "aslanlar"ın sıralarında qalmağa daha yaxındır.
2025-ci ilin yayında bölgə təmsilçisi ilə 1+1 illik saziş imzalayan Balaunun bu yay iş yerini dəyişməyəcəyi dəqiqləşəcəyi halda, maaşı müəyyən qədər artırılacaq. Tərəflər artıq şifahi razılığa gəlib.
Qeyd edək ki, cari mövsüm Misli Premyer Liqası və Azərbaycan Kuboku çərçivəsində 35 matça çıxan Balau 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini hazırda 400 min avro ilə dəyərləndirir ki, bu da ön xətt oyunçusunun karyerasının ən yaxşı göstəricisidir.
Toğrul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 25 May 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















