Icma.az
close
up
RU
“Şamaxı sindromu” qırıldı

“Şamaxı sindromu” qırıldı

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah” Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün ilk oyununda qələbə qazanıb. “Qarabağ”ın Çempionlar Liqasındakı matçına görə “atlılar”la I tur matçı təxirə salınan “bayquşlar” II tur görüşündə Şamaxıdan üç xalla dönüb.

“Sabah” oyuna yaxşı başladı. Birinci hücumda elə rəqibin diqqətsizliyindən maksimum yararlanan komanda hesabı açdı. Qoldan sonra da ərazi üstünlüyünü əlində saxlayan, rəqibin ruhdan düşməsindən yararlanan “futuristlər” daha bir qol vura bilərdi, lakin son zərbələr uğursuz alınırdı. Daha sonra toparlanan “Şamaxı” tempi artırmağa və sürətli hücumlarla bərabərliyi yaxalamağa çalışdı. Birinci hissədə “Sabah”ın qapıçısı Stas Pokatlov səhv ötürmə ilə rəqibə “hədiyyə” versə də, meydan sahibləri fərqlənə bilmədi.

İkinci hissədə isə “Şamaxı” daha üstün oyun sərgilədi. Rəqibi təzyiq altında saxlayan, topla sürətli hücuma çıxan və cinahlardan asmalarla qapıya yol axtaran “şirlər” sürətli hücumlarının birincə yay fasiləsində komandaya qoşulan Dieqo Balaunun baxımlı qoluyla hesaba tarazlıq gətirdi.

Qoldan sonra da hücumlarını davam etdirən “Şamaxı” ikinci qol arzusuna çata bilmədi. Əvəzində standart vəziyyət zamanı boş buraxılan Coy-Lens Mikels dubl etdi və rəqibi cəzalandırdı. “Şamaxı” geri düşəndən sonra da bir neçə cəhd etsə də, fərqlənmək alınmadı.

“Şamaxı” ikinci hissəsini daha yaxşı keçirdiyi oyunda məğlub oldu.

Mövsümün ilk səfərindən üç xalla dönən “Sabah”da isə çatışmazlıqlar var. Oyunçuların fərdi səhvləri kifayət qədərdir. Havanın isti olması, eyni zamanda matçın süni örtüklü meydançada keçirilməsi xüsusilə komanda üçün sürətli hücumlar qurmağa çətinlik yaratdı.

“Sabah” vacib qələbə ilə mövsümə başladı. Komanda eyni zamanda “Şamaxı”ya qarşı səfərdə 3 oyun sonra qələbəyə sevindi. “Bayquşlar” sonuncu dəfə 2022-ci ildə Şamaxı şəhər stadionundan üç xalla dönmüşdü.

Çempionluğa namizədlər sırasında göstərilən “bayquşlar”ın oyun planında artırmalı olduğu məqamlar var. Komandanın əsas çatışmazlığı “10 nömrə” mövqeyi ilə bağlıdır. Yarımmüdafiədə Ayaz Quliyev, İvan Lepinitsa və Zinedin Uld Xaled daha çox müdafiəyə meyilli oyunçulardır. Bu səbəbdən topu irəli aparacaq, yaradıcı oyunçu çatışmazlığı aşkar görünür. Bəzi epizodlarda hücumçu Coy-Lens Mikels geri gələrək top almağa çalışırdı. Komandanın əsas qol ümidi Şafranko isə “Şamaxı” müdafiəçilərinin arasında “itib-batmışdı”. “Sabah”ın yaradıcı oyunçuya ehtiyacı var. Əks halda, mövsümün qalan hissəsi bu mövqeyə görə oyunlarda çətinlik yaşana bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Avqust 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see377

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see375

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see285

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see262

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see214

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see205

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see201

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see196

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see189

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see186

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see175

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see171

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see168

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see167

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see166

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see165

Bakıda 18 və 20 ci mərtəbədən yıxılan gənclər öldü

21 Avqust 2026 06:36see160

Azərbaycanda respondentlərin 88% dən çoxu azyaşlıların sosial şəbəkələrə giriş qadağasını dəstəkləyir

21 Avqust 2026 14:14see157

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see145

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri