Icma.az
close
up
RU
“Şamaxı” və “Qəbələ” akademiyalarında maarifləndirici təlimlər

“Şamaxı” və “Qəbələ” akademiyalarında maarifləndirici təlimlər

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən ölkənin futbol akademiyalarında həyata keçirilən maarifləndirici təlim proqramı çərçivəsində növbəti görüşlər "Şamaxı" və "Qəbələ" akademiyalarında təşkil olunub. Sport24.az xəbər verir ki, təlimlər AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, Eyeball platforması üzrə layihə meneceri Ziya Əskərov, akademiyalar üzrə supervayzer Sakit Rzayev və koordinator Səid Abasov tərəfindən keçirilib.

Proqram çərçivəsində məşqçilərlə AFFA-nın 5 Ulduz Akademiya İnkişaf Modeli, futbol akademiyalarında vahid inkişaf modelinin tətbiqi, Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), məşq prosesinin planlaşdırılması, oyunçu profillərinin müəyyənləşdirilməsi, inkişaf mərhələlərinə uyğun məşq məzmununun hazırlanması və dünya səviyyəli futbolçuların yetişdirilməsi prinsipləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təlim zamanı 5 Ulduz Akademiya İnkişaf Modelinin məqsədi, qiymətləndirmə meyarları, tətbiq mexanizmi və akademiyaların uzunmüddətli inkişafındakı rolu barədə iştirakçılara ətraflı məlumat verilib.

Sessiyalarda həmçinin futbolçuların meydandan kənar həyat tərzi və peşəkar davranış vərdişləri, yaş qrupları üzrə fiziki hazırlığın planlaşdırılması, eləcə də akademiyanın bütün yaş kateqoriyalarında vahid məşq və oyun terminologiyasının formalaşdırılmasının əhəmiyyəti müzakirə olunub.

Futbolçu inkişafının planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi üçün nəzərdə tutulmuş Eyeball platformasının təqdimatı keçirilib. Təqdimat zamanı platformanın əsas funksiyaları, akademiyalarda tətbiq imkanları, oyunçu inkişafının rəqəmsal mühitdə izlənilməsi və idarə olunmasına verdiyi üstünlüklər iştirakçıların diqqətinə çatdırılıb.

Təlim proqramı qarşıdakı dövrdə də ölkənin müxtəlif futbol akademiyalarında və kiçik futbol məktəblərində davam etdiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sport24.az
archiveBu xəbər 06 Avqust 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri