“Şamaxı”nın legioneri: “Ən yaxşı nəticələr üçün çalışacağıq”
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Şamaxı” Misli Premyer Liqasının XXVIII turunda bu gün “Karvan-Yevlax”ın qonağı olacaq.
Bölgə təmsilçisinin qapıçısı Rikardo Fernandes “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:
“Liqada yerimizi demək olar ki, qorumuşuq. Məqsədimiz bundan sonra hər oyunda yenidən xallar qazanmaq, oyunumuzu yaxşılaşdırmaqdır. Ən yaxşı nəticələr üçün çalışacağıq. Çətin oyun olacağını bilirik – rəqib üçün qələbə çox vacibdir. Ona görə bütün güclərini ortaya qoyacaqlar. Biz də çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə qayıdaq”.
“Şamaxı” son iki turda əvvəlcə “Zirə”, daha sonra “Qarabağ”la oyunda heç-heçə edib. Görüşlərdə qapıda inamlı performans sərgiləyən Fernandes çıxışını şərh etdi:
“Məqsədim komandaya kömək etməkdir. İki oyundan vacib xallar qazandıq. Hər məqam bizim üçün çox önəmlidir. Performansımızı belə saxlayıb, sona kimi xallarımızı artırmaq istəyirik. Meydana çıxanda bacardığımın maksimumunu etməyə çalışıram. İşim komandaya kömək olmaqdır”.
“Karvan-Yevlax” – “Şamaxı” oyununa saat 15:30-da start veriləcək.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 18 Aprel 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















