Samir Hümbətov: “Avropa Şurasının tənqidləri Türkiyəyə ciddi təsir göstərməyəcək”
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Türkiyə ilə bağlı bu kimi fikirlər tez-tez səsləndirilir. 2015-ci ildə FETO qruplaşmasının çevriliş cəhdindən sonra Türkiyədə ciddi addımlar atıldı, paralel hökumət aradan götürüldü və həbs olunanların sayı artdı. Son dövrlərdə isə Əkrəm İmamoğlu, Ümit Özdağ və digər şəxslərlə bağlı dövlət qərarları xüsusən Avropa Şurası və digər beynəlxalq qurumlarda sorğulanmağa başlanıb”.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Samir Hümbətov Türkiyədə baş verən çevriliş cəhdləri və son dövrlərdə dövlət qərarlarının beynəlxalq qurumlarda sorğulanması ilə bağlı müzakirələri şərh edərkən deyib:
“Amma detallara baxanda görmək olar ki, Türkiyə dövlətinin özünəməxsus əsasları var və qarşı tərəf də öz arqumentlərini irəli sürür.
Hər vəziyyətdə Türkiyə böyük bir dövlətdir və aparılan seçkilərdən artıq məlumdur ki, demokratik dəyərlərə zərbə vuracaq bir mövqe hələ ortaya çıxmayıb. 1960 və 1980-ci illərdə çevrilişlər, 1970-ci ildə çevriliş cəhdləri olub; hökumət müvəqqəti olaraq hərbi hissələr tərəfindən idarə edilib və müəyyən azadlıqlar məhdudlaşdırılıb.
Lakin daha sonra demokratik dəyərlər bərpa olunub. Türkiyə cəmiyyəti kifayət qədər özünü idarə etmək qabiliyyətinə malikdir və demokratik dəyərlərə üstünlük verir”.
Politoloq vurğulayıb ki, Avropa Şurasının Türkiyə ilə bağlı tənqidləri və qərar qəbul etməsi, onun öhdəliklərinə ciddi təsir göstərəcək kimi görünmür:
“Çünki Türkiyə verdiyi qərarlarda daxili vəziyyəti nəzərə alır. Partiya sisteminin güclü olması ölkənin daxili siyasətində tarazlıqları qorumağa imkan verir”.
Şəbnəm Rəhimova


