Icma.az
close
up
RU
“San Antonio” əsas ulduzunu itirdi, Lebron 3 cü pilləyə yüksəldi

“San Antonio” əsas ulduzunu itirdi, Lebron 3 cü pilləyə yüksəldi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fevralın 20-də keçirilən “Leykers” – “Şarlott” oyunu ilə MBA-da müntəzəm çempionat canlandı.

"Football-plus.az" xəbər verir ki, ertəsi “Finiks”i məğlub edən “San-Antonio” bu oyunda əsas ulduzu Viktor Vembanyamanın köməyindən məhrum idi. Ona görə ki, fransalı ulduz ağır zədə üzündən mövsümün qalan hissəsini buraxacaq. 21 yaşlı basketbolçunun sağ çiynində vena trombozu aşkalarlanıb. O, “mahmızlar”ın qalan 29 oyununda parket üzərinə çıxa bilməz.
Vembanyama MBA-nın 2023 draftının 1 nömrəsidi. 2024/25 mövümündə keçirdiyi 46 oyunda orta hesabla 24,3 xal toplayıb, 11 ribaund edib, 3,8 məhsuldar ötürmə verib. Fransalı ulduz bu mövsüm karyerasında ilk dəfə Ulduzların oyununda iştirak edib.
Daha iki basketbolçu ilə bağlı da maraqlı xəbər var. “Miluoki”nin forvardı Bobbi Portis antinarkotik proqramın tələblərini pozduğuna görə 25 oyunluq diskvalifikasiya olunub. Agent Mark Bartelşteynin dediyinə görə, Portis başqa bir preparatla səhv salaraq yasaq ağrıkəsici qəbul edib. Portisin cari mövsümdə keçirdiyi 44 oyunda orta hesabla 13,6 xal, 8,3 ribaund və 2,3 ötürmə göstəricisi ilə yadda qaldığını da xatırladaq.
“Leykers” “Portlend”i səfərdə məğlub etdi və “gölməçəsevərlər”in əsas ulduzu Lebron Ceyms bu qələbəyə 40 xal, 8 ribaund və 4 məhsuldar ötürmə ilə töhfə verdi. Lebron müntəzəm çempionatda oyun sayına görə MBA tarixində 3-cü pilləyə yüksəldi. 1542-ci dəfə parket üzərinə çıxan ulduz Vins Karteri (1541) geridə qoydu. Müntəzəm çempionatlarda oyun sayına görə rekordu Robert Perişdi (1611). Bu göstəricidə 2-ci pillədə Kərim Əbdül-Cabbar (1560) qərarlaşıb.
20 fevral
Leykers – Şarlott 97:100 (28:21, 20:16, 18:32, 31:31)
21 fevral
İndiana – Memfis 127:113 (28:33, 50:26, 24:32, 25:22)
Filadelfiya 76 – Boston 104:124 (28:36, 28:36, 18:28, 30:24)
Nyu-York – Çikaqo 113:111 OT (19:21, 31:22, 33:38, 21:23, 9:7)
Bruklin – Klivlend 97:110 (19:24, 31:24, 27:35, 20:27)
Atlanta – Orlando 108:114 (33:21, 25:38, 23:31, 27:24)
Miluoki – Klippers 116:110 (28:29, 29:21, 23:39, 36:21)
Denver – Şarlott 129:115 (38:30, 28:28, 33:38, 30:19)
San-Antonio – Finiks 120:109 (31:21, 29:33, 34:25, 26:30)
Portlend – Leykers 102:110 (15:28, 32:27, 30:23, 25:32)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri