Sankt Peterburqda ad günündən qayıdanlar gölə uçdular : Sərnişinləri buzların içindən çıxardılar
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Sankt-Peterburq şəhərində "Range Rover" yolsuzluq avtomobili Fontanka çayının sahilindən uçaraq buzlu suya düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Fontanka.ru məlumat verib.
Bildirilib ki, yanvarın 18-də Nikolski prospekti ilə hərəkət edən avtomobil sahil hasarına çırpılıb və suya düşüb. Maşında iki kişi və bir qadın olub. Onlar özləri maşından çıxa biliblər və yoldan keçənlər, xilasedicilər və yol polisi əməkdaşları tərəfindən sahilə qaytarılıblar. Avtomobilin çaydan çıxarılması üçün hadisə yerinə ixtisaslaşdırılmış yanğınsöndürmə-xilasetmə hissəsinin avtokranı gətirilib.
Hadisə şahidlərinin sözlərinə görə, ad günü məclisindən çıxan sürücü "Range Rover"i yüksək sürətlə idarə edirmiş. Videodakı görüntülərdə qadın yıxılmadan buzun üstü ilə addımlaya bilib, lakin yoldaşlarından biri suya düşüb. Digər kişi qismən su altında qalan avtomobilin üzərinə çıxmağa müvəffəq olub və o biri kişinin suyun üzərində qalmasına kömək edib.
Nəticədə hər üçü sağ-salamat sahilə çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 19 Yanvar 2025 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















