Sankt Peterburqda əmək miqrantlarına yeni qadağa qoyula bilər
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sankt-Peterburq polisi əmək miqrantlarının topdan və pərakəndə ticarət sahəsində çalışmasını qadağan etmək təşəbbüsü ilə çıxış edəcək. Bu tədbir xarici vətəndaşların anbar işçisi və ya məsləhətçi kimi qeydiyyata alınıb, faktiki olaraq mühafizəçi kimi fəaliyyət göstərməsinin qarşısını almaq məqsədi daşıyır.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi Roman Pluqin bildirib.
O xatırladıb ki, qanunvericiliyə əsasən, xarici vətəndaşların mühafizəçi kimi çalışması qadağandır. Pluqinin sözlərinə görə, yeni təşəbbüs taksi sürücüləri və kuryerlərlə bağlı artıq tətbiq edilən məhdudiyyətlər nümunəsində hazırlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 19 Fevral 2026 01:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















