Icma.az
close
up
RU
Şanlı qələbəmizin qəhrəmanlıq simvolu FOTO

Şanlı qələbəmizin qəhrəmanlıq simvolu FOTO

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəhid İbarət Əkbərovun 33 yaşı tamam oldu

Xalqın igid, qeyrətli oğulları Vətən müharibəsində 30 il əsir düşən Qarabağımızı 44 günə qanları bahasına azad edib bizə şanlı qəlıbə sevincini yaşatdılar. Əbədi parlaq Günəş ömrünü yaşayan, ölümsüzlüyə qovuşan belə qəhrəmanlardan biri də İbarət Faiq oğlu Əkbərovdur.
Bu Vətən sevdalısı həyatda cəmi 27 il yaşasa da, bütün Azərbaycan xalq ona öz qəlbində yurd-yuva qurub. Həm də Vətəni alınmaz qalaya döndərən, şanlı qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən şəhid İbarət Əkbərov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və digər medallara layiq görülüb. Bizə əmanət qoyduğu iki övladı da onun adına layiq böyüyür.
İbarət Əkbərov 1993-cü ildə Yardımlı rayonunun Mirimli kəndində anadan olub. Doğma Azərbaycana sevdalana-sevdalana 9-cu sinfə qədər burada oxuyub. Əxlaq saflığı, vicdan dürüstlüyü hamını heyran qoyub. Sonra valideynləri Cəlilabad rayonunun Privolnoye kəndinə köçdüyünə görə, təhsilini həmin kənddəki E. Hüseynov adına tam orta məktəbdə başa vurub. Müstəqil həyata qədəm qoyanda Vətən, xalq üçün yararlı övlad olduğu tam bilinib. Yağı düşmənin Qarabağımızın işğalı onu çox narahat edib. Odur ki, birinci arzusu ordu sıralarına gedib illərlə xilaskar ərənlərin yolunu gözləyən torpaqlar azad etmək, düşməndən intiqam almaq olub. Əsgərliyi ön cəbhədən başlayan İbrət Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirib, elə ilk gündən vətənpərvərliyi, səmimiliyi, mərdliyi, qorxmazlığı ona hörmət qazandırıb. Hərbi təlimlərə məqam gələndə döyüş meydanında düşməni yerindəcə məhv etmək üçün daha çox öyrənmək məqsədilə qatılıb, həmişə çətin sınaqlardan belə uğurla çıxıb.
İbarət Əkbərov həqiqi xidmətdən sonra halal əməyinin qulpundan yapışıb. Bir qayda olaraq zəhmətə bağlılığı, gözəl mənəvi keyfiyyətləri el-obada ona dərin ehtiram gətirib. Gördükləri gərəkli olub, yaşadığı cəmiyyətə fayda verib.
27 sentyabr 2020-ci ildə müharibə başlayanda İbarət Əkbərov Vətənin dar günündə birincilər sırasında onun dadına çatıb. Odlu səngərlərdə erməni dığalarına qarşı son nəfəsinə qədər qəhrəmancasına vuruşub. Neçə-neçə sınaqlardan uğurla çıxan İbarət Füzulinin azadlığı uğrunda tarix yazıb. Ölüm-dirim savaşlarında həmişə öndə gedən Vətənin igid oğlu oktyabrın 2-də əlindən yaralanıb. Hospitala gətirilsə də, 5 gün sonra müharibə meydanına qayıdıb. İştirak etdiyi gərgin döyüşlərdə rəşadət nümunəsi göstərərək yağıya ciddi itkilər verib. İbarət oktyabrın 12-də Füzulidə şəhadətə yetib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Oktyabr 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see297

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see294

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see289

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see274

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see263

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see262

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see249

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see245

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see243

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see242

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see226

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see226

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see225

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see224

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see221

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see215

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see213

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see211

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see209

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri