Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Santuş: “Bu, komandanın daxili məsələsidir”

Santuş: “Bu, komandanın daxili məsələsidir”

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

UEFA Millətlər Liqasının C Liqasının I turunda keçirilən Azərbaycan – İsveç oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyuna yaxşı başladıq. Hücumda şansımız oldu, təəssüf ki, qolla nəticələndirə bilmədik. Sonra müdafiədə oynadıq. İsveç kifayət qədər güclü komandadır. Arxada maksimum diqqətli olmağa çalışdıq. Müdafiədə olsaq da, hücum üçün şans axtarırdıq və fürsət düşəndə dərhal irəli çıxırdıq. İlk hissənin sonunda şanslarımız oldu, təəssüf ki, dəyərləndirə bilmədik. Penaltidən də yararlana bilmədik. İkinci hissəyə çox yaxşı başladıq. Həm hücumda, həm müdafiədə diqqətli idik. Amma yenə şanslardan yararlana bilmədik. Hazırlıq prosesində verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Ancaq müəyyən səhvlərimiz oldu. İsveç kifayət qədər güclüdür və səhvlərimizdən yararlandılar. 0:3-dən sonra uşaqlar həvəsdən düşmədi və bir qol vurduq.

– Penaltini Ramil Şeydayevin vurması sizin qərarınız idi?

– Mənim qərarım Emin Mahmudovun vurması idi.

– Görmək istədiyinizin neçə faizini bu gün meydanda gördünüz?

– Komandanın hücum fazasından çox xoşum gəldi. Bundan razıyam. Müdafiə ilə bağlı isə 50 faiz istədiklərimi gördüm. Eyni zamanda həm müdafiə, həm hücum qurmağı bacarmalıyıq. Azərbaycan 4, İsveç 20 səhvə yol verdi.

– Daha əvvəl demişdiniz ki, millidəki hər kəs himn, bayraq, bu ölkə üçün vuruşmalıdır. Bu gün heyətdə oyunçuların əksəri himni oxumursa, bu, necə olacaq?

– Sizinlə tam razılaşmıram. Oyunçular yaxşı nəticə üçün canlarını qoydular.

– Qapıçı seçiminizin Mehdi Cənnətovdan yana oldu. Seçimdə nə rol oynadı və razı qaldınız ondan?

– Ümumi götürəndə, razıyam. Bir neçə epizodda seyvlə yadda qaldı.

– Əvəzedilməz oyunçu yoxdur, lakin Emin Mahmudov bu gün ən yaxşılardan olsa da, dəyişdiniz. Bununla nə demək istədiniz?

– Müdafiədə yaxşı idi. Lakin oyunun gedişatına görə onu dəyişməli idim.

– Emin topu alsa da, Ramil sonradan ondan aldı. Cəzalandırmalı olsanız, topu alan Ramili, yoxsa topu verən Emini cəzalandırarsınız?

– Komanda daxili məsələdir. Sabah bunu danışacağıq.

– Bəzi anlarda Mehdi Cənnətov irəlidə olan Renat Dadaşova sürətli ötürmə etmirdi. Bu, sizin tapşırığınız idi ki, temp salınsın?

– Tapşırıq o idi ki, topu daha çox irəli vursun və oyun rəqib meydançasında davam etsin. Bir neçə dəfə gördüm ki, o, topu irəli atır.

Şahin Cəfərov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 May 2026 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1004

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see486

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see389

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see309

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see296

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see294

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see273

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see266

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see232

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see220

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see214

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see210

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see209

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see209

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see202

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see195

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see195

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see195

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri