Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Santuş: “Komandanın performansı göstərir ki, düzgün yoldayıq”

Santuş: “Komandanın performansı göstərir ki, düzgün yoldayıq”

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniyaya qarşı keçirdikləri oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb…

– Niyə qələbə qazana bilmədik?
– Rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. 20-ci dəqiqədən sonra biz oyunu yalnız hücumda keçirdik. Futbolçularım qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Sonda lazım olan qolu vura bulmədik. Futbolda belə hallar olur. Oyunçuların yanaşması fərqli idi, sona qədər qələbə qazanmaq istəyirdilər. Məyusuq ki, qalib gələ bilmədik. Rəqib komanda şəklində çox yaxşı müdafiə olundu. Futbolçularıma deyəcəyim bir sözüm yoxdur.

– D Liqasına yuvarlanmaq sizin üçün faciə sayılacaq?
– Əlbəttə. D Liqasına düşmək istəmirdik. Təəssüf ki, belə oldu. Son oyunlarda komandanın performansı göstərir ki, düzgün yoldayıq. Sonuncu pillədə olmağımız ürəkaçan deyil.

– Beş oyuna baxsaq, xal itkilərinin səbəbini nədə görürsüz?
– Son 3 matçda rəqiblərdən daha yaxşı oynamışıq. Müdafiədəki səhvlərimizdən qollar buraxmışıq. Bi gün isə müdafiə xətti səhvsiz oynadı. Bugünkü matçda çatışmayan qol idi. Əvvəlki oyunlarda isə qol vura bilirdik. Futbolçular əllərindən gələni etdilər.

– Növbəti matçda da qapıda Rza Cəfərovu görəcəyik?
– Əminliklə deyə bilərəm ki, görə biləcəksiz.

– Ramilin əvəzinə meydanda başqa futbolçunu görə bilərik?
– Ramil pis oynadı? Bu, sizin fikrinizdir.

– Qol vura bilməmək problemini necə həll edəcəksiz?
– Bu gün Mahir Emreli yox idi, Renat Dadaşov isə zədəlidir. Bu iki futbolçu milli üçün çox önəmlidir. Musa neçə vaxtdır oynamırdı. Amma bu gün heç də pis təsir bağışlamadı. Hücum xəttində yaxşı oyunçularımız var. Çox təəssüf ki, hücumameyilli yarımmüdafiəçilər çempionatda onamır. Klublarda əsasən bu mövqedə legionerlər çıxış edir. Əlimizdə olan materialla işləyəcəyik. Hücumçular üçün vacib amil qol vurmaqdır. Qol vuranda daha da yaxşı oynayırlar.

– AFFA rəhbəri siz olsaydız, bu göstərici sizi qane edərdi?
– Xeyr. Amma mən sırf bunun üçün dəvət edilməmişəm. Fikrimi bundan öncə daha ətraflı ifadə etmişəm. Bura gəlməkdə məqsədim odur ki, AVRO-2028-də çıxış etmək üçün komanda qurum. Belə şərt olmasaydı, bura gəlməzdim. Məni gətiriblər ki, bu layihənin bir hissəsi olum. İnanıram ki, istəyimizə nail olacağıq.

– Bədavi Hüseynovun kornerlər zamanı cərimə meydançasına daxil olmamasının səbəbi nə idi?
– Bu bizim strategiyamızın bir hissəsi idi. Estoniya millisi İsveçlə son maçtda 3 oyunçu ilə cərimə meydançasına daxil olub qol vurdular. Bu amili nəzərə alıb belə taktika seçdik.

– Gələcək üçün nəyə ümid etməliyik?
– Mən sizə ümid vermirəm. Bura bir layihəni icra etməyə gəlmişəm. Bunun da qaydası var. Məqsədimiz qarşıdakı 4-5 ildə mübariz Azərbaycan millisi qurmaqdır. Eyni zamanda da məqsədimiz oyunçu yetişdirməkdir. Hər dəfə daha yaxşı heyət qurmağa çalışırıq. Milliyə gənc oyunçular dəvət edirik. Dünyada bütün millilər bu yolu gedirlər. Əgər biz bu yoldan çıxsaq, səhv edərik. Federasiya rəhbərliyi ilə birlikdə, hamılıqla bunun üzərində işləyirik. Başqa yolu legioner futbolçuları milliləşdirməkdir.

– Biz bu yolu keçmişik, amma nəticə olmayıb…
– Nəticə verməyibsə, digər yolu keçməliyik. Portuqaliya millisi Avropa çempionu olanda da bizim getdiyimiz yolu seçmişdik. Sizə Gürcüstan millisi haqda nümunə gətirim. 10 il əvvəl bu layihə ilə başlayıblar. Azərbaycanda yaxşı oyunçular var. Onlar çox yaxşı texniki keyfiyyətlərə malikdir. Bunu komanda şəklində etməyə çalışmalıyıq. İnanın ki, zərrə qədər də şübhəm yoxdur. Başqa yolu seçsək, bir oyun qələbə qazanacağıq, bir oyun məğlub olacağıq.

– Növbəti mövsümdə San Marino, Cəbəllütariq kimi millilərlə oynayacağıq. Belə zəif rəqiblərlə qarşılaşmaq sizin dediyiniz layihənin həyata keçməsi üçün nə dərəcədə fayda verəcək?
– Millinin oyunları hər ay olmur. Növbəti matçlarımız mart ayında olacaq. Rəqibin zəif və ya güclü olması fərq etmir. Azərbaycan milisi sonuncu dəfə Monqolusta qalib gəlib. Ən azından bu yaddaşlarda qələbə kimi qalıb. Qarşıda bizim dünya çempionatını seçmə mərhələsi gözləyir. Orada da güclü rəqiblərlə qarşılaşacağıq.

– Futbolçularımız legioner həyatı yaşamağa istəkli görünmür. Bu yöndə onlarla söhbətiniz olur? Millimizin üzvlərini Avropa klublarına məsləhət görürsüz?
– Əlinmdən nə gəlirsə, onu da edəcəyəm. 10 il qabaq Gürcüstan millisinin üzvləri də milli çempionatda çıxış edirdilər. Gürcüstan yığması komanda şəklində inkişaf etməyə başladı. Daha güclü çempionatda oynamaq futbolçular üçün çox vacibdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Noyabr 2024 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see661

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see346

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see336

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see320

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see309

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see307

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see287

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see278

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see276

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see260

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see256

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see236

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see224

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see224

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see224

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see217

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see213

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see209

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see203

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri