Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət Gömrük Komitəsində saxta məhsulların aşkarlanması və əqli mülkiyyət hüquqlarının qorunması məqsədilə süni intellekt əsaslı texnologiyalar və risk analiz sistemlərindən istifadə edilir.
Milli.Az xəbər verir ki, bunu DGK-nın idarə rəisi Ələkbər Heydərov "Təhlükəsiz mobilliyə doğru" adlı konfransda bildirib.
Onun sözlərinə görə, risk qiymətləndirməsi zamanı məhsulun mənşə ölkəsi, gömrük dəyəri və digər göstəricilər təhlil olunur. Orijinal məhsulların idxal marşrutları ilə qeyri-orijinal məhsulların gətirildiyi ölkələr arasındakı fərqlər, eləcə də qiymət məlumatları süni intellekt vasitəsilə analiz edilərək mümkün risklər müəyyənləşdirilir.
Ələkbər Heydərov vurğulayıb ki, saxta malların aşkar edilməsində gömrük əməkdaşlarının təcrübəsi də mühüm əhəmiyyət daşıyır. O əlavə edib ki, əmtəə nişanlarının gömrük reyestrində qeydiyyata alınması nəzarətin daha səmərəli həyata keçirilməsinə kömək edir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 İyul 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















