Icma.az
close
up
RU
® Şəbnəm Əlirzayeva: Şəkərli diabeti “həyat tərzi” hesab edib, ona etinasız yanaşmaz olmaz

® Şəbnəm Əlirzayeva: Şəkərli diabeti “həyat tərzi” hesab edib, ona etinasız yanaşmaz olmaz

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son onilliklərdə endokrinoloji xəstəliklər, xüsusilə də şəkərli diabet bütün dünyada sürətlə yayılmaqdadır. Səbəblər müxtəlif olsa da, bunun əsas səbəbi artıq çəki və piylənmənin artması, həmçinin fiziki aktivliyin azlığıdır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, hazırda dünyada təxminən 537 milyon nəfər şəkərli diabet ilə yaşayır. 2045-ci ilə qədər diabeti olan xəstələrin sayının 700 milyona çatacağı proqnozlaşdırlır.

Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Şəbnəm Əlirazyeva ilə endokrin xəstəliklər arasında ən çox yayılmış şəkərli diabet haqqında söhbət etdik. O, müasir dövrdə sürətlə artan endokrin xəstəliklər və onun əsas səbəbləri barədə deyib:

- Müasir dövrdə endokrin xəstəliklər həm cavanlaşıb, həm də sürətlə artmaqdadır. Onların arasında II tip şəkərli diabet dünyada və regionumuzda daha sürətlə yayılır. Həmin xəstəlikdən sonra qalxanabənzər vəzi xəstəlikləri – hipotireoz, autoimmun tireoidit (Haşimoto xəstəliyi), düyünlü zob, sonra metabolik problemlərlə sıx bağlı olan piylənmə (obezite), xüsusilə qadınlarda reproduktiv yaşda geniş yayılan polikistik yumurtalıq sindromu (PCOS) və diabet, daha sonra hipertoniya və ürək-damar xəstəliklərinin əsas risk faktoru olan metabolik sindrom xüsusilə çoxluq təşkil edir. Bu xəstəliklərin yaranmasının əsas səbəbi düzgün olmayan qidalanma, oturaq həyat tərzi, piylənmə, insanların fiziki aktivliyinin xeyli azalması və zərərli vərdişlərdir.

- Şəkərli diabet və onun orqanizmə təsiri barədə məlumat verməyinizi istərdik.

- Şəkərli diabet şəkərin qanda xroniki artımıdır. Xəstəlik qan şəkərini parçalayan və mədəaltı vəzdə sintez olunan insulin hormonuna qarşı yaranmış rezidentlik, insulin çatışmazlığı və ya heç olmaması nəticəsində baş verir. Normalda venoz qanda aclıq qan şəkərinin üst səviyyəsi 100 mq/dl, toxluq qan şəkərinin üst səviyyəsi isə 140 mq/dl-dir. Yəni şəkərli diabet orqanizm tərəfindən yaradılan insulinin kifayət qədər olmaması və ya onun təsir effektinin pozulması nəticəsində meydana çıxan, qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan xroniki endokrin xəstəlikdir. Xəstəliyin əsas xüsusiyyətlərindən biri erkən mərhələdə özünü göstərməməyi, orqanizmdə gizli gedişidir. Onu, adətən, qanın və sidiyin ümumi analizində müəyyən edirlər.

“Şəkərli diabet həyat tərzidir”, - deyib ondan yan keçmək olmaz. Müalicə almadan ağır fəsadlara məruz qalmaq mümkündür. Şəkərli diabet ağır və xroniki xəstəlikdir. Hər il diabetdən həyatını itirənlərin sayı bir milyondan çoxdur və ona hamı tutula bilər. Diabet ürəktutmaya, insulta, korluğa, böyrəklərin sıradan çıxmasına və hətta ayaqların amputasiyasına aparıb çıxara bilər. Risklərə baxmayaraq, diabeti olanların təxminən yarısı bundan xəbərsizdir. Lakin həyat tərzini dəyişməklə bir çox hallarda xəstəliyin qarşısını almaq olar.

- II tip şəkərli diabetin əlamətləri hansılardır?

- II tip şəkərli diabetin əlamətləri xəstənin ümumi sağlamlığı ilə bağlı olaraq dəyişə bilir. Bəzən elə olur ki, erkən mərhələdə xəstədə heç bir əlamət özünü göstərmir. Ümumilikdə demək olar ki, II tip şəkərli diabetin daha çox müşahidə olunan əlamətləri həddən artıq susuzluq, tez-tez sidiyə çıxma, daimi aclıq hissi, çəkinin səbəbsiz itirilməsi, yorğunluq və halsızlıq, görmədə bulanıqlıq, əl və ya ayaqların dərisində keyləşmə və qarışqa gəzməsi hissi, tez-tez infeksiyalara tutulma və s.-dir.

- Şəkərli diabetin “səssiz” gedişatı nə ilə təhlükəlidir və erkən mərhələdə şəkərli diabetin aşkarlanması üçün hansı əlamətlərə və müayinələrə diqqət yetirilməlidir?

- Erkən mərhələ dedikdə, prediabet nəzərdə tutulur. Prediabet sağlam bədən və diabet arasında bir sərhəddir. Həmin dövrdə diabet “səssiz” olaraq xəstənin həyatına daxil olur və bütün orqanlara gizli təsir göstərməyə başlayır. Prediabet aşkarlananlar II tip şəkərli diabet riski altındadırlar. Prediabetik vəziyyət təhlükəli olmasına baxmayaraq, tamamilə müalicə edilə bilər. Aparılan tədqiqatlar göstərir ki, xroniki ağırlaşmalar diabetdən əvvəlki mərhələdə artıq inkişaf etməyə başlayır. Diabet diaqnozu qoyulanda artıq orqan zədəsi mövcud olur və qarşısını almaq mümkün deyil.

Ona görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir. Prediabet I və II tip şəkərli diabetin diaqnozu kliniki əlamətlərin, xəstə haqqında toplanılmış anamnezin, məsələn, ailədə diabetə meyillik, hamiləlik zamanı qlikemiyanın pozulması və laborator müayinələrin nəticələri əsasında qoyulur. Şəkərli diabetin müəyyən edilməsində “Diabetik profilli” laborator analizin əhəmiyyəti böyükdür. Diabetik profilli müayinələrə HbA1C, Qlükoza, C-peptid, Qlükoza-tolerant testi, Qlükoza, Fruktozamin və İnsulin müayinələri daxildir.

- Diabet diaqnozu necə qoyulur?

- Diabet diaqnozunda istifadə edilən iki ən əsas test - aclıq qan şəkərinin göstəricisi və qlikohemoqlobindir. Sağlam fərdlərdə aclıq qan şəkəri səviyyəsi 70-100 mq/Dl arasında dəyişir. Diabet diaqnozu üçün 126 mq/Dl-dən yuxarı nəticə olmalıdır. Şəkərin ölçüsü 100-126 mq/Dl arasındadırsa, şəkər yükləmə analizi olunur və yeməkdən sonra qanda şəkərin miqdarına baxılır. Yeməyə başlayandan 2 saat sonra qan şəkərinin ölçülməsi nəticəsində qanda qlükoza səviyyəsinin 200 mq/Dl-dən yuxarı olması diabet xəstəliyinin, 140-199 mq/Dl arasında olması gizli şəkər deyilən diabetin dövrünü göstərir. Bundan əlavə, gün ərzində yeməkdən asılı olamayan və son 3 aydakı ortalama qan şəkərini əks etdirən HbA1C (qlikohemoqlobin) analizin nəticələrinə də baxılmalıdır və əgər bu nəticə 6,5 faizdən çoxdursa, şəkərli diabet diaqnozu qoyulur.

II tip şəkərli diabetin müalicəsi xəstəliyin mərhələsinə, fərdin ümumi sağlamlıq vəziyyətinə və digər amillərə bağlı olaraq dəyişir. II tip diabetin müalicəsi qan şəkərini nəzarət altına almağı, ağırlaşma riskini azaltmağı və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.

- Niyə II tip şəkərli diabet artıq ‘yaşlıların xəstəliyi’ sayılmır və gənclər arasında sürətlə yayılmasının əsas səbəbi kimi - genetika, fast-foodla qidalanmaq, yoxsa stres götürülür?

- Doğrudur, müasir dövrdə bir çox xəstəliklərin cavanlaşdığını müşahidə edirik. Təəssüf ki, II tip şəkərli diabet də bu qəbildəndir. Həmin səbəblər şəkərli diabet xəstəliyinin gənclər arasında yayılmasının əsas səbəblərindən hesab edilir. Genetik meyillilik şəkərli diabetə səbəb ola bilər, lakin bu, hökmən “valideynlərdə və ya yaxın qohumlarda şəkərli diabet olubsa, mütləq həmin nəsildə hamıda olmalıdır” anlamına gəlmir. Fast-foodla qidalanmaq təkcə şəkərli diabetin yaranmasına deyil, piylənmə, ürək-damar xəstəlikləri və s. də əmələ gəlməsinə səbəb ola bilər. Eləcə də stres bir çox xəstəliklərin səbəbidir. Ona görə də sağlam ömür sürmək üçün stresdən uzaq olmaq məsləhətdir.

Şəkərli diabetin gənclər arasında yayılmasının əsas səbəbi həyat tərzi ilə əlaqədardır. Artıq çəki, fiziki aktivliyin aşağı düşməsi, qeyri-sağlam qidalanma və xüsusilə zərərli vərdişlərdən istifadə şəkərli diabetin yaranmasına rəvac verən səbəblərdir. Xüsusilə uşaqlar arasında diabetin müşahidə olunması qeyri-sağlam qida vərdişlərinin formalaşması ilə bağlıdır. Ona görə də valideynlər çalışmalıdırlar ki, uşaqlar şəkərli və həddindən artıq zərərli qidalara üstünlük verməsinlər.

Düzgün qidalanma ilə yanaşı, idmanla mütəmadi məşğul olmaq həm uşaqlar, həm də gənclər üçün faydalıdır. Fiziki aktivlik bu sahədə ən mühüm addımlardan biridir. Gün ərzində mütləq 5 min addım atılmalıdır. Digər vacib məqam yuxu rejiminin tamlığı, su qəbulu və bütün bunlarla yanaşı, zərərli vərdişlərdən, xüsusilə də siqaret çəkməkdən, alkoqollu və gənclər arasında çox yayılmış enerjili içkilərindən uzaq olmaqdır.

- Şəkərli diabet xəstəliyinin risk qrupuna kimlər daxildir?

- Risk qrupuna ailəsində şəkər xəstəliyi (valideynlərində və xüsusilə yaxın qohumlarda diabet xəstəliyinin olması), ürək-damar xəstəliyi, artıq çəkisi olanlar (BKİ≥25 kg/m2), çəkinin həddindən artıq çoxluğundan əziyyət çəkənlər (xüsüsilə piylənmə dərəcəsi olan xəstələr), hərəkətsiz həyat tərzi, stres, 35 yaşından yuxarı şəxslər, hipertoniya xəstələri (A/T ≥140/90 mm.cv.st), triqliseridlərin yüksək (≥250 mq/dl) və ya HDL xolesterin ≤3.5 mg/dl) olması, 4 kiloqram və daha artıq uşaq dünyaya gətirən qadınlar, gestasional (hamiləlik zamanı) diabet anamnezi, hamiləlik diabetinin yaranması, yumurtalıqların polikistozu sindromu və s.xəstələr daxildir.

- Şəkərli diabetin ağırlaşmalarına yol verməmək üçün nə tövsiyə olunur?

- Çox vaxt belə bir fikir səsləndirirlər ki, şəkərli diabet özlüyündə təhlükəli olmayıb, ağırlaşmaları ilə təhlükəlidir. Şəkərli diabet xəstəsi ilə sağlam insan nə ilə fərqlənir? Ağırlaşmalar nə üçün inkişaf edir, onlardan xilas olmaq mümkündürmü? Şəkərli diabet qanda şəkərin xroniki yüksək olmasıdır. Bu, sağlam insanla şəkərli diabet xəstəsi arasında yeganə fərqdir. Ona görə də ağırlaşmaların inkişafının əsas səbəbi uzun müddət qanda şəkərin səviyyəsinin yüksək (hiperqlikemiya) olmasıdır Bu hal birinci növbədə bütün orqanizmin xırda qan damarlarının və sinirlərin zədələnməsinə səbəb olur. Qan damarlarında şəkər yüksələrkən daha qatı olur, hüceyrələr üçün lazım olan oksigen və qidalı maddələr ləng çatır. Qlükozanın miqdarının artıq olması ilə əlaqədar qiükoza damarların divarlarına “hopur”, damarlar öz elastikliyini itirir, qidalı maddələr üçün keçiriciliyi azalır və asanlıqla travmaya məruz qalır, nətiçədə kiçik qan sızmalar əmələ gəlir. Mikrotravmaların yerində birləşdirici toxuma (çapıq) əmələ gəlir ki, bu da orqanların funksiyasını pisləşdirir. Belə bir “şəkərlənmə” sinirlərin qişalarında da əmələ gəlir və onlar öz funksiyalarını itirir, başqa sözlə, hissiyyatları pisləşir. Ona görə də ağırlaşmalardan qurtulmaq və ya onların inkişafını dayandırmaq üçün ən ilkin yol şəkəri normaya salmaqdır. Qanda şəkərin səviyyəsini normaya qədər aşağı salmadan müalicədə yaxşı nəticələrə nail olmaq mümkün deyil.

Diabet zamanı ağırlaşmaların təhlükəli olması ondan ibarətdir ki, uzun müddət hec bir ağrı olmur və xəstə yaxınlaşan təhlükə haqqında heç nə bilmir. Vaxt nə qədər çox davam edirsə, müalicə etmək bir o qədər mürəkkəb, effekt də o qədər əhəmiyyətsiz olur. Diabetdə problemlər ona barmaqarası yanaşanda, onunla hesablaşmayanda və ya həddindən artıq emosional olduqda baş verir. Diabet haqda daha çox məlumatlı olduqda və ən əsası, faydalı və lazımi məsləhətlərə əməl edəndə məhdudiyyətlər və pis nəticələr az olur. Istənilən həyat situasiyasında diabetin öhdəsindən gəlməyi bacarmaq və məhdudiyyətlərin olmaması üçün müntəzəm həkimə üz tutaraq müayinədən keçmək lazımdır. Vaxtlı-vaxtında həkim qəbulunda olmaqla və müalicə prosedurunu keçməklə şəkərli diabeti tənzimləmək olar.

Müsahibəni apardı: Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri