Icma.az
close
up
RU
Sədr müavini: Azərbaycanın şəhər siyasətində davamlılıq prinsipləri əsas yer tutur

Sədr müavini: Azərbaycanın şəhər siyasətində davamlılıq prinsipləri əsas yer tutur

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 oktyabr, AZƏRTAC

Bu gün biz iqlim dəyişikliyi və urbanizasiya sahəsində baş verən qlobal dəyişikliklərin müzakirəsi üçün mühüm mərhələdəyik. Bu iki proses bir-biri ilə sıx bağlıdır və ölkələrimizin davamlı inkişafını təmin etmək üçün onları birlikdə idarə etmək zəruridir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olaraq biz iqlim dəyişikliyi və urbanizasiyanın qarşılıqlı təsirlərini diqqətlə araşdırırıq.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Bakıda keçirilən ilk D-8 Yüksək Səviyyəli İqlim və Şəhərsalma Dialoqunda çıxışı zamanı deyib.

“Biz hesab edirik ki, davamlı şəhərlərin qurulması iqlim fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Bu müzakirənin bir hissəsi olmaqdan və bu vacib gündəlik üzrə D-8 ölkələrinin əməkdaşlığına töhfə verməkdən məmnunuq. Proqnozlara əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 68 faizi şəhərlərdə yaşayacaq. Bu isə şəhərsalmanın daha davamlı, inklüziv və resurslara qənaətli şəkildə etməyi zəruri edir. Bütün ölkələr kimi biz də artan temperatur, təbii ehtiyatların tükənməsi və sürətli şəhər böyüməsi kimi çağırışlarla üz-üzəyik. Lakin bu çağırışlar həm də yeni imkanlar yaradır. Əgər şəhərlərin inkişafını düzgün istiqamətləndirə bilsək, onları iqtisadi artımın, innovasiyaların və rifahın mühüm mühərrikinə çevirə bilərik. Azərbaycanın şəhər siyasətində davamlılıq prinsipləri əsas yer tutur. Biz inanırıq ki, bu istiqamətdə atılan addımlar iqtisadiyyatımızı daha rəqabətqabiliyyətli, cəmiyyətimizi isə daha dayanıqlı edəcək.

Bugünkü D-8 yüksək səviyyəli dialoq təkcə regional əməkdaşlıq üçün deyil, həm də Azərbaycanın 2026-cı ildə ev sahibliyi edəcəyi XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) aparan yolda mühüm mərhələdir. Burada əldə olunacaq nəticələr və tərəfdaşlıqlar bizi daha davamlı, inklüziv və gələcəyə hazır şəhərlərin qurulması istiqamətində birləşdirəcək”, - deyə Dövlətxan Dövlətxanov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri