Icma.az
close
up
RU
Səhərə qədər yer qazmışam Ərini öldürüb həyətdə basdıran, üstünə gül əkən qadın danışdı

Səhərə qədər yer qazmışam Ərini öldürüb həyətdə basdıran, üstünə gül əkən qadın danışdı

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən ilk iclasda zərərçəkmiş şəxsin hüquqi varisi Cəmilə Əliyeva qısa çıxış edib. 

O təqsirləndirilən şəxsin ötənki prosesdə çıxışına münasibət bildirib:

"Mənim oğlum narkotika nə istifadəçisidir nə də satışı ilə məşğuldur. Məhkəmənin də qərarı var ki, onun qanından heç bir narkotik vasitə çıxmayıb". 

Daha sonra təqsirləndirilən şəxs hakimin suallarına cavab olaraq yarımçıq qalmış çıxışını davam etdirib:

"Mən onu öldürəndə özümdə deyildim. Bir neçə saat çöldə qalmışam stressdən. Qızımı döyüb dəfələrlə barmağını sındırıb. Məni dəfələrlə döyürdü. Mən onu basdırdığım yerə nə gül əkmişəm, nə də stop işarəsi qoymuşam. Uşaq yatmamışdan qabaq mərhum silahı yağlayırdı. Balaca oğlum da silahı görüb. O, məni dizi ilə vuranda özümdən getmişdim. Ayılanda gördüm ki, silah tam hazır vəziyyətdə stolun üstündədir. Hər ikimiz narkotika qəbul etmişdik".  

Hakim: "O, nə üçün üzü divara oturub sizdən silahını gətirməyini istədi? Çünki cinayət işində faktlar var ki, güllə onun sinəsindən dəyib" . 

Təqsirləndirilən şəxs: "O mənə ağıza alınmaz söyüşlər söydü silahı ona tərəf gətirdi. O yerindən qalxıb divanda oturdu. Fikrimi tam çatdıra bilmirəm". 

Təqsirləndirilən şəxs deyib ki, mərhumu mələmə ilə büküb və qolundan tutara klonkanın üstünə yığdı:

"Meyitin üstündəki mələməyə bir iki yerdə bərk skoçladım ki açılmasın. Səhərə qədər yer qazmışam. Meyitin ayaqlarından tutub evin içindən qazdığım yerə apardım. Onu basdırandan sonra evə keçib qan olan yerləri sildim. Metr yarımlıq divanı sökdüm və bir neçə dəfəyə araba ilə apardım zibilə atdım. Qana bulaşmış xalçanı da atdım. Silahı da üç yerə bölüb bulvarda dənizə atdım". 

Məhkəmənin ilk baxış iclası aprelin 9-na təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Aprel 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri