Icma.az
close
up
RU
Şəhid anası: Oğlum uşaqlıqdan hərbçi olmaq, torpaqlarımızı işğaldan azad etmək arzusu ilə yaşayırdı

Şəhid anası: Oğlum uşaqlıqdan hərbçi olmaq, torpaqlarımızı işğaldan azad etmək arzusu ilə yaşayırdı

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazax, 3 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

İşğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun 5 il öncə sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları 44 gün davam etdi və hərb tariximizə hər gün şanlı qələbələrlə, zəfərlərlə yazıldı. Hərə bir əsgər, hər bir əsgərimiz bir qəhrəman oldu həmin günlər…

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İkinci Qarabağ müharibəsində Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə - Şəhidlik zirvəsinə ucalan, öz qanı ilə tarix yazan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Məmmədov Səbuhi Hümbət oğludur.

Səbuhi Məmmədov 1995-ci il martın 6-da Qazax rayonunun Bala Çaylı kəndində anadan olub. 2001-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdi. 2013-cü ilin aprelində həqiqi hərbi xidmətə getmiş, 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunmuşdu. 2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil almış, aprel ayından “N” saylı hərbi hissədə top komandiri kimi fəaliyyətə başlamışdı. 2019-cu ildə “N” saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyə daxil olmuş və xidmətini orada davam etdirmişdi. 2020-ci ildə Xüsusi Təyinatlı Qüvvələrinə kursa qəbul olub, kursu müvəffəqiyyətlə bitirərək xidmətini müxtəlif “N” saylı hərbi hissələrdə davam etdirmişdi. Nümunəvi xidmətinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə də təltif olunub. 44 günlük Vətən müharibəsində iştirak edən gizir Səbuhi Məmmədov oktyabrın 1-də düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Oktyabrın 2-də Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilib. Şəhid gizirimiz subay idi.

“Səbuhi kiçik yaşlarından hərb sahəsinə böyük maraq göstərib. Onun babası İkinci Dünya müharibəsi veteran olub. Həmişə babasının orden və medalları ilə maraqlanırdı. Deyirdi, hərbçi olacağam. Ən böyük arzusu isə Xüsusi Təyinatlı Qüvvələrə qəbul olsun və o bu arzusuna çatdı. Ora daxil olanda çox sevinmişdi. Oğlum çox bacarıqlı və çalışqan bir gənc idi. Mən özüm müəllim işləyirəm, həmişə evdə də görürdüm ki, Xocalı və 20 Yanvar faciələri ona böyük təsir etmişdi. Hər zaman bu barədə düşünər, təsirlənərdi. 44 günlük Vətən müharibəsindən öncə heç unutmuram, “Misri” havası ilə mənimlə oynadı. Şənlikləri, milli bayramları sevərdi. Ən çox sevdiyi bayram Novruz idi”, - deyə şəhid anası Cəvahir Bənnayeva bildirib.

İndi torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib. Ölkəmizin hər yerində üçrəngli şanlı bayrağımız dalğalanır. Şəhid anası Cəvahir müəllim deyir ki, oğlu Səbuhi kimi şəhidlərimizin sayəsində bütün Azərbaycanda bayramlarda tonqallar qalanır, ocaqlar yanır. “Çox qürurluyam. Övladım bu günləri görməsə də, bilirəm ki, ona cənnətdə torpaqlarımız işğaldan azad olduğu məlumdu. İndi azad olmuş torpaqlarımızda quruculuq işləri aparılır, mən də buna çox sevinirəm. Həm ana, həm də müəllim kimi qürurluyam”.

Səbuhi Məmmədovun Vətən müharibəsində göstərdiyi igidliklər dillər dastanına çevrilib. Ermənilərin qorxulu kabusuna çevrilən, sərrast hədəfi məhvetmə bacarığı ilə fərqlənən XTQ giziri elə ilk gündən Vətən müharibəsinin fəal iştirakçılarından biri olub.

Səbuhi Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Qazax şəhəri ərazisində adsız olan küçələrdən birinə şəhidin adı verilib. Doğulub boya-başa çatdığı Bala Çaylı kəndində adını əbədiləşdirilən bulaq inşa olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri