Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Şəhidlərimizin qanı ilə yazılan Zəfər dastanı: 44 günlük Vətən müharibəsi acı tarixə son qoydu

Şəhidlərimizin qanı ilə yazılan Zəfər dastanı: 44 günlük Vətən müharibəsi acı tarixə son qoydu

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"27 Sentyabr - Azərbaycan xalqı üçün həm dərin hüznün, həm də qürurun tarixidir. Bu gün - Vətən müharibəsində canlarını vətən yolunda qurban vermiş şəhidlərimizin xatirəsinin ehtiramla yad edildiyi Anım Günü, eyni zamanda, ölkəmizin şanlı Zəfər tarixinin başlanğıcıdır".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O bildirib ki, uzun illər ərzində xalqımız işğal və məcburi köçkünlük ağrısını, torpaqlarımızın parçalanmasının üzüntüsünü və ədalətsizliyi yaşadı:

"Lakin 44 günlük Vətən müharibəsi bu acı tarixə son qoydu və yeni səhifə açdı - azərbaycanlıların milli qürurunun, dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası səhifəsi. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun misilsiz şücaəti və xalqın birliyi nəticəsində işğalçı düşmən torpaqlarımızdan qovuldu. Bu qələbə yalnız hərbi zəfər deyildi, həm də milli iradənin, dövlətçilik mədəniyyətinin, davamlı siyasətin və strateji səylərin nəticəsi idi. 27 Sentyabrın tarixi əhəmiyyəti məhz buradadır: o gün verilən qərar, ümumxalq dəstəyinə malik olan əks-hücum əməliyyatının başlanması tarixi dönüş nöqtəsinə çevrildi və Azərbaycan xalqının ədalət uğrunda mübarizəsində yeni mərhələ açdı".

"Anım Günündə biz hər şeydən öncə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onların ailələrinə dərin hüznlə başsağlığı veririk. Şəhidlərimiz canları və qanları ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər, gələcək nəsillərə azad və suveren Vətən miras qoydular. Onların qəhrəmanlığı tariximizdə əbədi yaşayacaq və hər bir vətəndaş üçün örnək olacaq.

Bu Zəfər həm də ölkəmizin beynəlxalq mövqeyinin güclənməsinin sübutudur. Müharibədən sonra beynəlxalq aləm Azərbaycanın əldə etdiyi reallığı qəbul etdi, regiondakı gündəlikdə Azərbaycanın mövqeyi daha da möhkəmləndi. Azərbaycan artıq regional prosesləri formalaşdıran, diplomatik və siyasi cəhətdən aktiv bir aktordur. Bu, dövlətimizin qüdrətinin, təhlükəsizliyə və suverenliyə verdiyi prioritetin və xalqımızın milli maraqlar ətrafında birləşməsinin nəticəsidir", - deyə millət vəkili vurğulayıb.

Parlamentari sentyabrın, həmçinin antiterror tədbirlərinin ildönümü ilə də əlamətdar olduğunu xatırladıb:

"Uzun illər ərzində bölgədə mövcud olan radikal ideologiyalar, düşmənçilik emosiyaları və ekstremist meyillər insanlıq adına böyük təhdid yaratdı. Azərbaycan isə həm hərbi, həm də hüquqi və diplomatik istiqamətlərdə antiterror mübarizəsinə əhəmiyyətli töhfələr verib. Dövlətimizin mövqeyi aydındır: terrora, etnik nifrətə və insanlıq əleyhinə yönələn hər cür fəaliyyətə qarşı qətiyyətlə mübarizə aparılmalıdır. Tarixi ədalətin bərpa edilməsi yalnız torpaqların azad edilməsi deyil. Eyni zamanda, regionda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün əsaslı zəmin yaratmaqdır.

Suverenlik məfhumunun möhkəmlənməsi Vətən müharibəsinin əsas nəticələrindən biridir. Suveren dövlət kimi Azərbaycan öz qanunlarına, sərhədlərinə və xalqının iradəsinə sahibdir. Bərpa edilmiş suverenlik yalnız xəritədəki dəyişiklik deyil, bunun altında dövlət strukturlarının güclənməsi, müdafiə qabiliyyətinin artırılması, iqtisadi və sosial bərpa proqramlarının həyata keçirilməsi, eləcə də hüquqi və diplomatik əsasların möhkəmləndirilməsi dayanır.

Azad edilmiş ərazilərin bərpası infrastrukturun yenidən qurulması, məskunlaşma, mədəni irsin qorunması və iqtisadi həyatın canlandırılması dövlətimizin suverenliyinə verilən konkret töhfələrdir. Anım Günü münasibətilə dövlət başçısının xalqa müraciəti və bu müraciətdə səslənən fikirlər xalqımız üçün böyük mənəvi dəstək oldu - "Qarabağ müharibəsindəki, Vətən müharibəsindəki Qələbəmiz tarixi zəfərimizdir".

"Anım və Zəfər günləri, eyni zamanda, vətənpərvərlik tərbiyəsi və nəsillərin sağlam yetişdirilməsi məsələlərinin aktuallığını göstərir. Tarixi reallıqlar, milli-mənəvi dəyərlər nəsillərə ötürülməlidir. Azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, eləcə də regionun sülhə və dayanıqlı inkişafa köklənməsi ölkəmizin gələcək perspektivlərini müəyyənləşdirir.

Dövlətimiz məskunlaşmanın təşkili, infrastruktur layihələrinin icrası, iş yerlərinin yaradılması və sosial təminat tədbirləri ilə əhalinin təhlükəsiz və ləyaqətli qaydada geri dönməsini əsas prioritet sayır. Eyni zamanda, mədəni irsin bərpası, tarixi abidələrin qorunması və təbii sərvətlərin məqsədyönlü idarəedilməsi bölgənin davamlı inkişafına təkan verəcək.

27 Sentyabr - Anım Günündə biz bir daha milli həmrəylik çağırışı edirik. Tarixi dərslər bizə göstərir ki, xalq birliyi, dövlət rəhbərliyinə güvən və fəal vətəndaş mövqeyi olmadan suverenlik və təhlükəsizlik uğrunda qələbə mümkün deyil. Bu gün biz şəhidlərin xatirəsini yad edərkən onların qoyduğu bu müqəddəs borcu ölkənin müdafiəsi, suverenliyinin və beynəlxalq nüfuzunun qorunması və gələcək nəsillərin rifahı naminə çalışmaq borcunu yenidən öz üzərimizə götürürük.

Beləliklə, 27 Sentyabr həm tariximizin ağrılı səhifələrini, həm də qürurlu zəfər anlarını özündə əks etdirən gündür. Bu gün şəhidlərimizi ehtiramla yad edir, qazilərimizi, ordumuzu və bütün xalqımızı salamlayırıq. Biz antiterror istiqamətində qətiyyətimizi davam etdirəcək, suverenliyimizi və ərazi bütövlüyümüzü hər zaman qoruyacaq, azad edilmiş torpaqlarda sülh və rifahı təmin etmək üçün səylərimizi artıracağıq.

Azərbaycan qalib xalqdır və bu qələbənin xarakteri həm güc, həm ədalət, həm də gələcəyə baxışdır. 27 Sentyabr bizim üçün həm anma, həm də gələcəyə ümid günü olaraq əbədiləşəcək. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi uca olsun! Biz onların qanını, qəhrəmanlığını heç vaxt unutmuruq və unutmamalıyıq. Millət olaraq həmrəylik içində olduğumuzu hər kəsə göstərməliyik", - müsahibimiz fikrini tamamlayıb.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see252

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see232

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see209

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see208

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see207

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see190

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see188

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see183

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see160

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see157

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see151

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see151

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see150

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see144

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri