Icma.az
close
up
RU
Səhiyyə Nazirliyindən qripə görə əhaliyə ÇAĞIRIŞ

Səhiyyə Nazirliyindən qripə görə əhaliyə ÇAĞIRIŞ

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

"Havaların kəskin soyuduğu qış ayları epidemioloji cəhətdən, əsasən, hava-damcı üsulu ilə ötürülən qrip və digər kəskin respirator virus infeksiyalarının yayılması üçün əlverişli şərait hesab olunur".

Ölkə.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin əhaliyə müraciətində fəsli qrip infeksiyasına yoluxma hallarında müəyyən artımların olduğu bildirilir:

"Adətən, qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir. İnfeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir. Belə ki, soyuq temperaturlu havada insanlar daha çox qapalı məkanlarda toplanır, otaqların daxilində olan istinin xaricə ötürülməsini azaltmaq üçün pəncərələr çox az hallarda açılır. Və beləliklə, havalandırma vasitəsilə virusun kənarlaşdırılması qənaətbəxş olmur. Digər tərəfdən, bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir".

Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıda qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər:

"Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur. Bu mümkün olmadığı təqdirdə, xəstəlik əlamətləri olan insanlarla təmas zamanı həm özümüz, həm də xəstə şəxs maskadan istifadə etməlidir. Virusların quru səthlərdə bir müddət yaşaya bilməsi və asqıraq-öskürək, əllə toxunma nəticəsində əşyaların çirklənməsi virusun ötürülməsində müəyyən rol oynadığından əllərimizi ağzımıza və gözlərimizə vurmamağa çalışmalı, qida qəbulundan əvvəl ən azı 20 saniyə müddətində əllərimizi sabunla yumaq lazımdır. Xəstə şəxsləri mümkün qədər kollektivə buraxmamalı və imkan olduqda qapalı yerdə izolə etmək lazımdır.

Bundan başqa, qidalanmamıza diqqət etməliyik. Çünki qış fəslində təbii olaraq zəifləmiş immunitetin bərpası və güclənməsi üçün qida maddələrinin tərkibində vitamin-minerallar yetərli qədər olmalıdır. Havaların dəyişkən keçməsi səbəbindən düzgün geyim seçimi çətinləşir və bu zaman soyuqdəymə arzu olunan deyil, immuniteti zəiflədə bilər. Ona görə hava proqnozuna baxaraq düzgün geyim seçilməlidir.

Qeyd etdiyimiz bütün bu tədbirlər qeyri-spesifik olub bütün növ kəskin respirator virus infeksiyaları üçün keçərlidir".

T.Eyvazov bildirib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz:

"Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə belə, xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar.

Bu sadə qaydalara əməl etməklə tətil və bayram günlərində həm özümüzü, həm də yaxınlarımızı qoruya bilərik. Bu işdə hər birimizin məsuliyyətli olması, ümumilikdə yoluxma hallarının azalmasına, səbəb olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri