Icma.az
close
up
RU
Böyük səhnənin möhtəşəm rollar ifaçısı

Böyük səhnənin möhtəşəm rollar ifaçısı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nurəddin Mehdixanlı – 70

“Şöhrət” ordenli Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Nurəddin Mehdixanlı uzun illərdir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aparıcı səhnə ustasıdır. Romantik pafosu, coşqun dramatizmi, vüqarlı görkəmi və həvalə olunan rolları hər zaman ürəkdən oynaması aktyoru tamaşaçılara sevdirib.

Nurəddin Əzulla oğlu Quliyev 1956-cı il oktyabrın 6-da Cəlilabad rayonunun Tahirli kəndində dünyaya göz açıb. Ailədə 17 uşaq olublar. Dediyinə görə, kəndlərində 2 kitabxana varmış: biri ədəbiyyat müəlliminin, biri də onların evində. Ağlı kəsəndən oxuyub, öyrənib, mənalar əxz eləyib. Özündən 7 yaş böyük qardaşı Qabilin – hazırda Lənkəran Dövlət Dram Teatrının aktyoru olan Xalq artisti Qabil Mehdixanlının -- teatra sevgisi ona da sirayət edib. Orta təhsil aldığı Cəngan kənd məktəbində ilk dəfə səhnəyə çıxıb. Bakıda isə “26-lar” adına mədəniyyət evində Lütfi Məmmədbəyovun teatr dərnəyinə gedib.

Sənət eşqli gənc 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Görkəmli rejissor və aktyor Adil İsgəndərovun kursunda oxuyub. Mikayıl Mirzə, Əzizağa Quliyev, Mehdi Məmmədov, Tofiq Kazımov, Rza Təhmasib və başqalarından dərs alıb.

Ustadı onu müqtədir sənətkar Ələsgər Ələkbərova oxşadıb deyərmiş ki, yaxşı aktyor olacaqsan. 1978-ci ildə Nurəddin ali təhsilini başa vuraraq, təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Burada ilk rolu “Unuda bilmərəm”də Kamran olub. Sonra Xasay və Hidayət (“Xurşidbanu Natəvan”), Kərim bəy (“Közərən ocaqlar”), Böyük bəy (“Mahnı dağlarda qaldı”), Eldar və Vaqif (“Vaqif”), Aydın (“Aydın”), Ərtoğrul (“Afət”), Gur Şad (“Özümüzü kəsən qılınc”, Bəbir bəy (“Dirilən adam”), Yedigey (“Əsrə bərabər gün”) kimi obrazlarını özünəməxsus ustalıqla yaradaraq sənətdə Bayandur və Cavad xanların şöhrəti səviyyəsinə yüksəlib.

İstedadlı aktyor Azərbaycan Televiziyasında “Pəncərədə işıq”, “Solğun çiçəklər”, “Kimin sualı var?”, “Vicdanla üz-üzə” tamaşalarında da uğurla iştirak edib. Onun “İşarəni dənizdən gözləyin”, “Bəyaz həyat”, “Bizim qəribə taleyimiz”, “Cavad xan”, “Cavid ömrü”, “Güllələnmiş heykəllər”, “Əli və Nino” filmlərində iştirakı da uğurlu alınıb.

Nurəddin Mehdixanlının sənətdə qazandığı nailiyyətlərin təməlində istedadı ilə yanaşı, malik olduğu yüksək vətənpərvərlik ruhu, vətəndaşlıq həmrəyliyi, Turan sevdası aparıcı rol oynayır (yeri gəlmişkən, Nurəddin müəllim böyük qızına Ayturan, oğluna isə Ərturan adını verib).

Xatırlayırıq ki, 44 günlük Vətən müharibəsində və ondan sonra sənətkar Böyük Turanın güclənməsini təhlükə sanan bəzi qonşu dövlətlərin ermənilərə qahmar çıxmasına özünün kəskin münasibətini bildirərək deyib: “Bizim nə kiminsə torpağında gözümüz var, nə də müharibə istəyirik. Amalımız, sadəcə, yerləşdiyimiz regionun sabitliyi, rifahı, çiçəklənməsidir. Abadlıq, quruculuq işləri ilə məşğuluq. Bu regionun iqtisadi cəhətdən yüksəlməsini istəyirik. Bu da yüzdə-yüz Azərbaycan-Türkiyə-Orta Asiya xəttinin bir güc halına gəlməsindən keçir”. Aktyorun bu fikirləri vətəndaş olaraq məsləkinə, həmrəylik ideyalarına sədaqətinin göstəricisidir.

...Onunla ilk dəfə 30 il əvvəl Astarada görüşmüşdük. O zaman AzTV-nin Cənub bölgəsi üzrə müxbiri idim. Dostlardan eşitdim ki, Nurəddin Mehdixanlı da daxil olmaqla, bir qrup ziyalımız Təbrizə yollanmaq üçün buraya gəlib. Fürsət tapıb görüşdük və çay süfrəsi arxasında maraqlı söhbətlərimiz oldu.

Nurəddin müəllim bütöv Azərbaycan ideyasından, ulu babalarının Urmu və Əhər tərəflərdən – Əfşarların Mehdixanlılar qolundan olmasını böyük məhəbbətlə dilə gətirdi. Xalq şairi Sabir Rüstəmxanlının Təbrizə həsr olunmuş “İnansa, Təbriz deyil” şeirini yüksək pafosla səsləndirdi:

Firdovsinin sözü də tarixdən bir namədi,
Yazdığı həm “Şahnamə”, həm də “Turannamə”di,
Ey sonumu gözləyən, türk gün altda buz deyil,
Əriyib suya dönməz! Ərisə, Təbriz deyil!

Beləcə, vətənpərvər sənətçinin poeziyanın dili ilə ifadə etdiyi Cənub sevgisinə, Turan eşqinə heyran qaldıq.

Mərhum rejissor dostum Rövşən Almuradlının Xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında çəkdiyi “Cavad xan” bədii filmində cəsur sərkərdəni oynayan Nurəddin Mehdixanlı fəxr edir ki, 130-a qədər aktyorun oynadığı filmdə baş rolun ifaçısı olub. Bu filmin Bakıda Heydər Əliyev Sarayında, eləcə də Nyu-York və İstanbulda təqdimatları keçirilib.

Kinolentin uğurunda müəlliflərlə bərabər, bir aktyor kimi, onun da xidməti danılmazdır. Filmin redaktoru, AzTV-də birlikdə çalışdığımız Aydın Qurbanoğlu deyirdi ki, xanlar xanını Nurəddin özünəməxsus ustalıqla, çox təbii canlandırıb, rus işğalına qarşı mübarizənin necə içdən gəldiyini göstərə bilib. Filmə baxanda deyilənlərdə böyük həqiqət olduğunu gördük. Nurəddin Mehdixanlı öləcəyini bilə-bilə sözündən dönməyən, sisianovlara “yox” deyən Cavad xanı inandırıcı şəkildə təqdim edib.

Ömrünün müdriklik çağını yaşayan aktyor hər zaman əqidəsinə sadiqliyi ilə seçilib. Tamaşalarda, filmlərdə də, əsasən, ruhuna uyğun obrazları canlandırıb. Sanki rejissorlar həmin rolları ona tapşırarkən uğurlu alınacağına əvvəlcədən əmin olublar. Xalq artisti də onların zəndini yanıltmayıb. Qəlbindəki sənət eşqini, çöhrəsindəki nuru oynadığı rolların ruhuna çiləməyi bacarıb.

O, ana dilinin saflığının qorunmasında sənətçi həmkarlarının böyük məsuliyyət daşıdığını düşünür. Bu barədə danışarkən deyir ki, dilə məsuliyyətli yanaşma, ümumilikdə, cəmiyyətin nitq və ünsiyyət mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, söz və sənət adamlarının ali missiyasıdır.

Əli NƏCƏFXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1194

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see469

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see367

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see366

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see366

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see359

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see317

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see294

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see263

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see237

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see208

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see207

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see203

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see199

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see194

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see189

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see179

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri