Icma.az
close
up
RU
Səhralardakı sirli mikro oyuqlar: Naməlum bir həyat forması ola bilərmi?

Səhralardakı sirli mikro oyuqlar: Naməlum bir həyat forması ola bilərmi?

News24 saytına istinadən Icma.az xəbər verir.

Alimlər Afrikanın geniş səhralarında milyon il əvvələ aid sirli mikro oyuqların izini sürür. Cənubi Afrika və Ərəbistan yarımadasının çöllərindəki qayalarda tapılan bu qeyri-adi kiçik strukturlar elm dünyasında böyük marağa səbəb olub. Araşdırmalara görə, bu formalar geoloji proseslər nəticəsində deyil, bilinməyən bir həyat formasının fəaliyyəti nəticəsində yaranmış ola bilər.

News24.az xəbər verir ki, bu mikro oyuqlar təxminən yarım millimetr enində və 3 santimetrə qədər uzunluqda olan incə tünellərdir. İlk baxışda sadə görünən bu dəliklər, əslində mürəkkəb və məqsədyönlü bir quruluşa malikdir.

Sirrin başlanğıcı: ilk mikro oyuq tapıntıları

Mikro oyuqlar ilk dəfə təxminən 15 il əvvəl Yohannes Qutenberq Universitetindən professor Cees Passçer tərəfindən Namibiyada aparılan tədqiqat zamanı aşkar edilib. Daha sonra Səudiyyə Ərəbistanın mərmər yataqlarında və Omandakı əhəngdaşlarında da eyni tipli strukturlar tapılıb. Bu isə onların fərqli coğrafiyalarda yayılmış universal bir fenomen ola biləcəyini göstərir.

Bioloji izlər və naməlum mikroorqanizmlər

Aparılan detallı analizlər göstərir ki, bu mikro tünellərin içərisində və ətrafında bioloji izlər mövcuddur. Elm adamları bu oyuqların milyonlarla il əvvəl qayaları oyaraq içərisində yaşamaq üçün yer yaradan mikroorqanizmlar tərəfindən formalaşdırıldığını düşünür.

Namibiyadakı mikro strukturların araşdırılması zamanı kalsium karbonat toz halında çöküntülər şəklində tapılıb. Alimlər bu mikroorqanizmlərin əsas qidalanma mənbəyinin kalsium karbonat olduğunu və bu səbəbdən qayalara nüfuz etdiklərini təxmin edirlər.

Ən böyük sirr: bu canlılar hansı orqanizmlər idi?

Hazırda ən böyük tapmaca bu tünelləri yaradan orqanizmlərin hansı növə aid olmasıdır. Onların bakteriyalar, göbələklər, likenlər (yosun-mantar birləşmələri) və ya tamamilə fərqli bir həyat forması olduğu bilinmir.

Tədqiqatçılar nümunələrin yaşının çox qədim olması səbəbindən nə DNT, nə də protein izlərinə rast gələ bilməyiblər. Bu isə araşdırmalarda ciddi bir maneə yaradır.

Bu mikroorqanizmlər hələ də sağdırmı?

Elm adamlarını düşündürən əsas suallardan biri bu canlıların tamamilə yox olub-olmadığı, yoxsa çətin əlçatan bir mühitdə hələ də yaşayıb-yaşamadığıdır.

Bu suala cavab tapmaq üçün səhraların dərinliklərində daha çox araşdırma aparmaq lazımdır. Əgər bu mikroorqanizmlər hələ də mövcuddursa, onlar ekstremal şəraitdə yaşamağa uyğunlaşmış nadir canlılar arasında yer ala bilər.

Mars və digər planetlərdə həyat üçün ipucları

Bu tapıntılar təkcə Yer üzündə həyatın tarixi haqqında məlumat vermir, eyni zamanda başqa planetlərdə həyat axtarışı üçün də yeni perspektivlər açır.

Mikro oyuqların necə və niyə yarandığını başa düşmək Mars kimi planetlərdə bənzər strukturların izini sürmək üçün vacib ola bilər. Əgər bu tip strukturlar başqa səma cisimlərində də mövcud olarsa, bu, kainatda həyatın düşündüyümüzdən daha geniş yayılmış ola biləcəyi ehtimalını gücləndirə bilər. Beləliklə, çöllərdəki sirli mikro oyuqlar təkcə keçmişə deyil, gələcəyə də işıq tuta bilər.  /qaynarinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Mart 2025 01:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski: İsveç Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb

06 İyul 2025 08:45see228

ABŞ da fəlakət olub ölənlərin sayı 40 ı ötdü

06 İyul 2025 05:24see125

Azərbaycanın ilk Xalq artisti

06 İyul 2025 00:20see121

Real ın oyunçusu: PSJ ilə yarımfinal əslində ÇL in finalıdır

06 İyul 2025 23:01see121

Niderland millisinin üzvü Braziliya klubundan ayrıla bilər

06 İyul 2025 17:50see119

ECO Zirvə görüşü Qarabağda sülhün təmini və bölgəyə yeni həyatın qayıdışının təsdiqidir RƏY

05 İyul 2025 22:34see118

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

06 İyul 2025 00:21see118

Dəniz sahilində ACINACAQLI VƏZİYYƏT: Vətəndaşların sağlamlığı təhlükədə

06 İyul 2025 19:51see117

Tesla Optimus robotunun istehsalını dayandırdı SƏBƏB

06 İyul 2025 03:12see117

Həkimin təhlükəli xəstə barədə polisə məlumat vermək hüququ olacaq

06 İyul 2025 23:55see116

Beynəlxalq agentlik Azərbaycanda davamlı inkişaf proqnozlaşdırır

05 İyul 2025 23:55see115

Azərbaycan Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı Əmirbəyov detalları açıqladı

06 İyul 2025 09:42see115

İnsan beyni qocalıqda da böyüməyə davam edir...

06 İyul 2025 19:54see114

Gəncədə qadın sürücü piyadanı vurdu

06 İyul 2025 23:03see113

Millət vəkili: Xankəndi Zirvə görüşü edilən işlərin beynəlxalq səviyyədə təqdimatıdır

06 İyul 2025 00:48see113

BMT baş katibi Rusiyanın Ukraynaya zərbələrini pisləyib

05 İyul 2025 23:44see112

Lavrov Braziliyada Araqçi ilə görüşüb İrana endirilən zərbələri pisləyib

06 İyul 2025 22:49see112

Bu ərazilərə qar yağdı KONKRET

05 İyul 2025 21:19see112

Qərbi Azərbaycan Xronikası İrəvan xanlığının Hindistanla böyük əlaqələri var idi

06 İyul 2025 01:03see112

Slutskidən Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA: “Bu, Rusiya üçün ziyanlıdır” KONKRET

07 İyul 2025 14:34see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri