Icma.az
close
up
RU
Şeir yazan partiya sədrləri: Aydan səni soruşuram, Sən də soruş sevgilim...

Şeir yazan partiya sədrləri: Aydan səni soruşuram, Sən də soruş sevgilim...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda müstəqillik hərəkatı başlayan dövrdə siyasətçilərlə birlikdə sənət adamları, əsasən də şairlərin yazdığı şeirlər mübarizənin əsas simvollarına çevrilmişdir. Hərəkatın öncülərindən olan Xəlil Rza Ulutürkün “Azərbaycan”, “Azadlıq eşqi”, “Vur”, “Türkəm” kimi şeirlərini buna misal göstərmək olar.

 
Hazırda da həm yaradıcı, həm də siyasi fəaliyyətlə məşğul olan simalar az deyil. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı şair və yazıçıdır, o da milli azadlıq hərəkatı dövründə yazdığı şeir və publisistik yazıları ilə tanınır. 
Sabir Rüstəmxanlı bir müddət əvvəl saytımıza müsahibəsində vurğulamışdı ki, siysətçilər bir az şair olsalar,  dünyanın işi düzələr.

Modern.az-ın əməkdaşı buradan yola çıxaraq, Azərbaycandakı siyasi partiya rəhbərlərinin yaradıcılıq fəaliyyətini araşdırıb.


Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bilirib ki, cavanlıqda çox şeir yazıb:
“Amma o işlər indi cavanlara aiddir. Mən 1983-cü ildə Şəhriyarın “Heydər babaya salam” şeirinin təsiri altında kəndimizin bütün kişilərinin xarakterinə aid 12 vərəqli dəftərə şeir yazmışdım, sonra onu itirdim. Gənclik dövrümdə yazdığım şeirlərin əksəriyyəti publisistik tərzdə idi, siyasi mahiyyət daşıyırdı. Yadımdadır ki, gənc rəssam qıza bir şeir yazmışdım". 
Azad Vətən Partiyasının sədri Akif Nağı da şeir yazıb, amma uşaq vaxtlarında, orta məktəbdə oxuyanda:
“Sonra o xətlə getmədim. Bir az şeir yazandan sonra gördüm ki, bu işlər o qədər də mənlik deyil. Əsasən vətənpərvərlik şeirləri yazırdım. Yadımdadır, bir şeirdə "Dədə Qorqud"da verilən "ana südü və dağ çiçəyi" anlayışını öz aləmimdə poema tipli yazı halında yazmışdım".
 

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev heç vaxt şeir yazmadığını deyib.


REAL Partiyasının sədri Natiq Cəfərlinin bir müddət əvvəl həyat yoldaşına yazdığı şeir ictimaiyyətdə maraqla qarşılanmışdı.
Barmaqlıqlar arasında tək görünən bəyaz aydır
Ona baxıb danışıram, sən də danış sevgilim.
Aydan səni soruşuram, 
Sən də soruş sevgilim...
N.Cəfərli bir müddət şeirlər, hətta hekayələr yadığını da bildirib:
“Məktəb illərinin son siniflərində, tələbəlik illərində şeir və kiçik hekayələr yazırdım. 2008-2009-cu illərdə sosial şəbəkə - Feysbukun yeni yaranan vaxtları yazdığım şeir və hekayələri orada da paylaşırdım, amma həmin vaxtlar sosial şəbəkələr o qədər də populyar deyiliydi, mən də həmin vaxtlar satirik hekayələrimi Day.az saytının politformunda yayımlayırdım. Amma davamlı şəkildə bu işlə məşğul olmuram”.


Böyük Azərbaycan Partiyasının rəhbəri Elşad Musayev bildirib ki, o şeir oxumağı və yazmağı çox sevir, hətta Azərbaycanın ən populyar qiraətçiləri ilə yarışa da girə bilər:
“Bizim partiyada Elşad Barat, İsa Əmrah şairdir, onlar yazırsa, hamımıza bəs edər”.


Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, indiyədək şeir, qəzəl, roman, hekayə yazmayıb:
“Buna həm vaxtım olmayıb, həm də düşünürəm ki, hər kəs bacardığı işi görsə yaxşıdır. Bu məsələ istedadla bağlıdır. Mən özümdə şeir və ya hansısa bədii əsər yaratmaq istedadımın olduğunu düşünmürəm. Ona görə də mütləq kitab çıxartmalıyam adı ilə şeir yazmağı düşünməmişəm. Bütün fəaliyyətim siyasətlə bağlıdır və yaradıcılığım da yaratdığımız partiyanı gücləndirmək, onun struktrunu formalaşdırmaq və Azərbaycanda siyasi mövqeyimizi gücləndirməkdir”. 


Milli Dirşəliş Hərəkatının Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, siyasətçinin yaradıcılığı siyasi fəaliyyətdir:
“Mənim əsərlərim ordu quruculuğunda kiçik dəstələr olub, sərhəd hərəkatında azdan-çoxdan fəaliyyətimiz olub, onun ideoloq və təşkilatçılarından olmuşam. Mənim amalım Turançılıq və Bütöv Azərbaycan olub, bunlarla bağlı kitablarım var, eyni zamanda 1998-ci ildə “Dünya düzənində Azərbaycanın yeri və rolu” adlı kitab yazmışam və yaxud da partiya yarananda Qərbi Azərbaycan departamenti yaratmışdım və bu, 22 il sonra Azərbaycan hökumətinin siyasətində əsas rol oynayır. Mənim yaradıcılığım bundan ibarətdir, ancaq “Missiya” kitabımda tarixi hadisələri bədiləşdirib yazmışdım. 2 il əvvəl yazdığım “Savaşımın 60 anı” adlı bioqrafik kitabımda əsgər yoldaşlarımla bağlı xatirələr də onun kimi”.
 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qeyd edib ki, gənclik illərində çox şeir yazıb, hətta bu şeirlər Azərbaycan jurnalında çap olunub:
“35-40 ildən artıqdır ki, şeir yazmıram. Təsadüfən ola bilər nəsə cızma-qara edim. İndi bədii-publisistik janrda müxtəlif əsərlər yazıram, ayrı-ayrı mövzularda 30 kitabım çıxıb. Siysətdən başqa araşdırma, tədqiqat, tarixi və fəlsəfi mövzulara baxış mənim hobbimdir, ona görə bu cür yaradıcılıq davamlı gedir, lakin son 30 ildə şeir yazdığımı xatırlamıram”. 
Ümid Partiyasının sədri İqbal Ağazadə tez-tez oxuduğu şeirlərlə diqqət mərkəzində olsa da, özünün heç vaxt şeir yazmadığını deyib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see404

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see217

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see211

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see162

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see160

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see154

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see153

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see149

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see143

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see139

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see132

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see130

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see128

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see123

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri