Icma.az
close
up
RU
Şəkər xəstəliyi riski olan insanlar mango yeyə BİLƏR?

Şəkər xəstəliyi riski olan insanlar mango yeyə BİLƏR?

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Mango bir çox insanın sevərək yediyi meyvələr sırasındadır.

Redaktor.az medicalnewstoday.com-a istinadən xəbər verir ki, yeni bir araşdırmada məlum olub ki, mango, şəkəri az olan qranola barlarından daha yaxşı şəkildə prediabet risk faktorlarını yaxşılaşdırır. Bunun səbəbi isə mango meyvəsinin təkcə şirin bir qəlyanaltı olmaqdan əlavə, lif, vitamin və digər faydalı maddələrlə zəngin olan təbii, bütöv qida olmasıdır.

Lakin ekspertlər bildirirlər ki, tip 2 şəkər xəstəliyindən qorunmaq üçün tək bir “superqida”ya güvənmək yox, balanslı və sağlam qidalanmaq, həmçinin fiziki aktiv olmaq daha önəmlidir. Araşdırma göstərir ki, yüksək şəkər tərkibli tropik meyvələrdən biri olan mango, şəkəri az olan qəlyanaltılardan daha çox fayda verə bilər.

Araşdırmanın müəllifləri qeyd edir ki, mangoya olan meyl ilə şəkər xəstəliyi riskinin azalması arasında əlaqə ola bilər, çünki mango lif, vitamin və digər qida maddələri ilə zəngin bütöv təbii qidadır. Şəkəri az olan qəlyanaltılar isə rahat və dadlı ola bilsə də, qida baxımından zəngin olmaya, əlavələr və qatqılar tərkibində ola bilər və buna görə sağlamlıq üçün o qədər faydalı olmaya bilərlər.

Araşdırma ABŞ-ın Florida Ştat Universitetində aparılıb və 50-70 yaş arasında olan 24 nəfər iştirak edib. Onların heç birində əvvəlcə şəkər xəstəliyi yox idi. İştirakçılar iki qrupa bölünüb, bir qrupa hər gün 32 qram şəkər tərkibli təzə mango verilib, digər qrupa isə 11 qram şəkərli, kalori baxımından oxşar olan qranola barı.

24 həftə davam edən sınaq müddətində iştirakçıların qan şəkəri, insulinə həssaslığı və bədən yağında dəyişikliklər izlənilib. Yüksək qan şəkəri, insulinə qarşı həssaslığın azalması və bədən yağının artması tip 2 şəkər xəstəliyi üçün risk amilləridir.

Araşdırmanı tamamlayan 23 nəfərdən 11 nəfərin olduğu mango qrupunda qan şəkərində yaxşılaşma, insulinə həssaslıqda artım və bədən yağında azalma müşahidə olunub. Bu da tip 2 şəkər xəstəliyinin yaranma riskinin azalmasına işarə edir.

Lakin müəlliflər qeyd edirlər ki, araşdırmanın məhdudluğu qan şəkəri göstəricilərinə əsaslanmasıdır. Həmçinin, iştirakçıların etnik və irqi müxtəlifliyi az olduğundan nəticələrin geniş kütləyə şamil edilməsi çətin ola bilər. Bundan əlavə, qidalanma rejiminə riayət edilməsinin iştirakçılar tərəfindən özləri tərəfindən bildirilməsi həmişə də etibarlı olmaya bilər.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Oktyabr 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri