Şəki Xan Sarayında turistlər niyə şəkil çəkdirə bilməzlər?
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Şəki Xan Sarayı turistlərin diqqət mərkəzindədir. Lakin saraya daxil olan turistlərin şəkil çəkə bilməməsi böyük narazılığa səbəb olur.
"Bu qədər yol gəlmişik, şəkil çəkdirib paylaşmaq istəyirik ki, həqiqətən də burada olmuşuq. Hindistandan, Çindən və başqa ölkələrdən gələn turistlər evdəkilərə, qonşularına göstərmək üçün necə sübut edəcəklər ki, Şəkidə, Xan Sarayında olublar!" - deyə ziyarətçilər bildiriblər.
Lakin içəri girən kimi çəkilişə, xüsusən də telefonla çəkilişə icazə verilmir.
Məsələ ilə bağlı "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğundan bildirilib ki, yay aylarında turistlərin sayı həddindən artıq çox olur - hər saat 100-200 nəfər saraya daxil olur. Bu isə interyerdə sıxlıq və tıxac yaradır.
Əlavə edilib ki, sarayın interyeri və fasadı təbii boyalarla işlənib. Bu boyalar temperadır - yəni yumurta sarısı ilə qarışdırılır. Bu səbəbdən foto və fləş işığı oradakı ornamentlərə mənfi təsir göstərir.
Ətraflı Baku TV-nin süjetində:
Şəki Xan Sarayında turistlər niyə şəkil çəkdirə bilməzlər?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 23 May 2025 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















