Şəkidə 104 idmançının iştirak etdiyi IV İdman Festivalı keçirilib FOTO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün Şəki şəhərində IV İdman Festivalına start verilib.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən festivalda 24 federasiyanı təmsil edən 104 idmançı iştirak edib.
Festival çərçivəsində iştirakçılar üçün hərbi-vətənpərvərlik, ilk yardım və xilasetmə üzrə təlimlər, müxtəlif əyləncəli və intellektual oyunlar təşkil olunub. Eyni zamanda, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Konstitusiya mövzusunda təlimlər də keçirilib.
Qeyd edək ki, noyabrın 21-22-də Qəbələ şəhərinin Heydər Əliyev parkında idman növləri üzrə nümunəvi çıxışlar və gənc istedadların iştirakı ilə konsert proqramı təşkil olunacaq. Festival noyabrın 22-də yekunlaşacaq.
Baxış sayı:17
Bu xəbər 18 Noyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















