Icma.az
close
up
RU
Selülitdən azad olmaq mümkündür!

Selülitdən azad olmaq mümkündür!

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Statistikaya əsasən selülit yaşlı və ya cavan, arıq və ya kök olmasından asılı olmayaraq 85% qadınlarda var. Bu problem artıq çəkidən deyil, həyat tərzindən asılıdır.

Nə qədər hərəkət etməniz, əsəb keçirməniz, qida rasionunuz və gündəlik nə qədər su içməniz buna təsir edir. Bu əlamətləri nəzərdən keçirərərək  dərinizdə bu problemin niyə yaranmasına cavab tapa bilərsiniz.

Selülit - lipid torun zədələnməsi deməkdir. Ona mikroskop altında baxarsaq, onun bal şanısına oxşar hüceyrələrdən ibarət olduğunu görə bilərik. Sadəcə burada bal əvəzinə piy  yiğimi var. Orqanizm normada olduqda dəri də normada olur və bu tor görünməz olur. Lakin, stresslə qarşılaşdıqda, fast food istifadə etdikdə, az hərəkət etdikdə, siqaret çəkdikdə və çəki yiğdıqda  bəhs etdiyimiz şanı  piylə dolur və dəridə selüit  əmələ gəlir. Ondan azad olmaq üçün isə yalnız iş sistemi kömək edir. Beləliklə bu problemdə azad olmaq üçün bir neçə məsləhət:

1. Salon prosedurları.

Selülitin ilk səbəblərindən biri - qan dövranın pozulamsıdır ki, bu da qan damarlarının pis işləməsi nəticəsində olur. Selülit problemi daim şiş və artıq çəki ilə paralel getdiyindən, onun müalicəsində bu gün çox istifadə olunan mezoterapiya çox effektiv sayılır.

2. Masaj.

Hər bir gel, krem və yağdan  istifadə etməzdən əvvəl dərini masaj etdikdə bu vasitələlər daha effektiv olurlar.  Ev şəraitində masaj üçün xüsusi masaj əlcəklər, fırça və ya baqmaqların sümüklü hissəsi yararlıdır(əlinizi yumruq şəklində saxladıqda sərt masaj vasitəsi alınır). Masaj sevmirsinizsə 2-5 dəqiqə ərzində krioterapiyadan istifadə edə bilərsiniz .(buzla dolu setkanı dəriyə sürtməklə qan dövranı da yaxşılaşır.)

3. Balanslaşdırılmış qida.

Hər bir dietoloq az yalnız tez-tez yemək lazım olduğunu deyəcək.  5-6 dəfəlik bölünmüş qida, maddələr mübadiləsini yaxşılaşdırır və kalorilərin tez xərclənməsini təmin edir. Birdəfəlik yeməyi çəkisi 250 qr dan çox olmamalıdır. Çalışın rasionunuzda  göyərti, paxlalılar, tərəvəz və meyvə çox olsun.

4. Pilinq.

Komponentli antiselülit krem, gel və ampulaları, dəriyə onun  ölü qatını təmizlədikdən sonra çəkildikdə  daha yaxşı hopa bilir. Buna görə gündəlik pilinq etməyi unutmayın(mikromasaj sayılır). Bunun  üçün mikdoelent və aktiv maddələrlə zəngin dəniz duzunu istifadə  edə bilərsiniz.

5. İdman.

Bu problemdən qurtarmaq üçün çox üsullar var, yalnız idmansız heç biri effekt vermir. Alimlər sübüt ediblər ki, fiziki aktivliyi artıran xanımlarda selülit 50% azalıb. Bu problemlə mübarizədə ən yaxşı üsul - velotrenajor, üzgüçülük, akvaaerobika və tez yürüşdür.

6. Detoks.

Orqanizm təmizləndikdə toksinlərdən azad olur, bu isə metobolizmi yaxşılaşdırır, orqanizmdə artıq suyun çıxarılmasını təmin edir bu isə şiş stadiyalı selülitdən azad edir.

7. Vitaminlər.

Piyləri n yığılmaması, onların həzm olması üçün orqanizmə bir neçə vitaminin köməyi lazım ola bilər. Bunlar : B, A, C və E vitaminləridir.

8. Kosmetika.

Dəriniz üçün antiselülit krem, gel və ya digər vasitə seçərkən tərkib və göstərişlərini diqqətlə oxuyun. Kosmetikadan istifadə kursu 10-12 gündür. Sonradan bir az fasilə vermək və yenidən kursu davam etdirmək lazımdır.

9. Su.

Su orqanizmdən toksinlər çıxarılmasına kömək edir və səhər ac qarnına içildikdə mədəni  hazırlayır, metobolizmi yaxşılaşdırır. Həmçinin su iştahı azaltdığına görə, yeməkdən yarım saat əvvəl  1 stəkan qazsız su içmək məsləhət görülür.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 05:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri