Şəmkirdə qonşusunu döyən beş uşaq anasına elektron qolbaq tətbiq olundu
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəmkirdə 5 uşaq anası qonşusunu döyüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Seyfəli kəndində baş verib.
Kənd sakini Nəhayət adlı qadın eşidib ki, qonşu qadın onun öz qaynı ilə münasibətdə olması barədə məlumatlar yayıb. Məsələni araşdırmaq üçün Nəhayət qonşuya gəlib İlahini çağırıb və "mənim haqqımda niyə belə məlumat yaymısan?"-deyə soruşub. İlahi həmin məlumatı yaydığını təsdiqləyib.
Həyətdə qadınlar arasında mübahisə başlayıb, Nəhayət əlindəki ağac parçası ilə İlahiyə baş nayihəsindən zərbələr endirib. Qonşuların səyi nəticəsində dava sakitləşdirilib və hadisə yerinə polis əməkdaşları dəvət olunublar.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə Nəhayət 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ona elektron qolbaq tətbiq edilib.
Aqil Vəlili
Baxış sayı:75
Bu xəbər 20 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















