Qaxda yeni festival “Şən Bazar”
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Oktyabrın 10-11-də Qax şəhərinin İçəribazar ərazisində rayonun turizm potensialını, mədəni irsini, sənətkarlığını və zəngin qastronomiyasını bir arada təqdim edən “Şən Bazar” festivalı keçiriləcək.
XQ xəbər verir ki, Qax Rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin təşkilatçılığı ilə keçiriləcək festivalda Qax rayonunun zəngin mədəni irsi, milli sənətkarlığı, yerli qastronomiyası və musiqi ənənələri təqdim olunacaq. Tədbirin əsas məqsədlərindən biri rayonun turizm və mədəni irs potensialının tanıdılması, yerli sənətkar və sahibkarların fəaliyyətinin dəstəklənməsidir.
Festival çərçivəsində ziyarətçilər Qaxın tarixi-mədəni irsi ilə tanış olacaq, yerli sənətkarların əl işlərinə baxacaq, canlı sənətkarlıq nümayişləri və ustad dərslərində iştirak edəcək, bölgəyə məxsus ləziz təamları dadacaq, müxtəlif mədəni və musiqi proqramlarını izləyəcəklər.
İki gün davam edəcək festivalın əsas məqsədi Qaxın turizm və mədəni irs potensialını tanıtmaq, yerli sənətkar və sahibkarların fəaliyyətini dəstəkləmək, eləcə də tarixi İçəribazar məkanını sosial və turizm baxımından daha da canlandırmaqdır.
Baxış sayı:48
Bu xəbər 07 Oktyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















