Icma.az
close
up
RU
Sən uşaq qatilisən, niyə boynuna almırsan? 9 yaşlı uşağı ölən ana fəryad elədi

Sən uşaq qatilisən, niyə boynuna almırsan? 9 yaşlı uşağı ölən ana fəryad elədi

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Yaşar Abbasovun növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınan, hazırda məhkumluq həyatı yaşayan İpək Əhmədova ifadə verib: 

"Uşağı Yaşar öldürüb. Eldəniz bizə gələndə Yaşar  uşağı da, məni də döyürdü. Eldəniz taksi sürücüsüdür, həm də Yaşarın tanışı idi. Telefon danışıqları var, Eldəniz bizi Yaşardan qorumaq üçün apardı Abdullagilə. Yaşar uşağı remenlə döyüb. Qırmızı sobanı uşaqla mənim başımda qırdı. Qatilsən niyə boynuna almırsan, uşaq qatili. Mirəlinin ayağını sən sındırmısan. Narkotikdən də istifadə edirdi".

Təqsirləndirilən şəxs Yaşar Abbasov İpək Əhmədovanın ifadəsinə münasibət bildirib: "Eldənizə mən demişəm ki,  bunları həkimə apar. Yolda isə İpək Eldənizə deyib apar məni öz evinə. Orda da uşaq öləndən sonra deyib aparın basdırın. Bunu ona görə döymüşəm ki, narkotikdən istifadə edirdi. Yazığım gəlib uşağa, demişəm gəlin mənim yanımda qalın. Xəstəxanaya aparmağa pulum yox idi, ona görə getmədim".

Zaldan Yaşarın bibisi qızının dedikləri: "Sən Yaşara narkotik satıb tanış olmusan". 

Hakim Novruz Kərimov sənədlərin tədqiqi mərhələsinə keçib. Sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib. Ancaq təqsirləndirilən şəxsin vəkilləri zərərçəkən şəxsin hüquqi varisinə suallarının olduğunu bildirib və hakim vəkillərin vəsatətini təmin edib. 

Vəkil Yaşarın necə işgəncə verməsini soruşub. 

İpək Əhmədovanın cavabı belə olub: "Uşağı döyüb krovatın altına, məni də paltar şkafına salırdı. Uşağın ölməsi səhər saatlarına təsadüf edib. Uşaq öləndən sonra mənə hədə-qorxu gəlirdilər ki, heç yerə demə. Telefonlarımı sındırmışdı Yaşar. 

Vəkilin sözlərinə görə, ekspert rəyində nə Mirəlinin ayağının sınması barədə, nə döyülməsi barədə heç bir rəy yoxdur. 

Hakim Yaşardan İpəyə bədən xəsarətləri yetirdiyini soruşub. Yaşar İpəyi narkotik çəkməməyə görə döydüyünü bildirib. İpək isə necə dəfə uşağı krovatdan salıb yerə. 

Vəkillər məhkəmə istintaqının yekunlaşmasına etiraz edərək əlavə şahidlərin gəlməsini istədilər. Ancaq hakim məhkəmə istintaqının yekunlaşmasını elan edərək dövlət ittihamçısına çıxış üçün söz verdi. 

Ancaq dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. 

Məhkəmə prosesi 19 fevral tarixinə kimi təxirə düşüb. 

Qeyd edək ki, ittiham aktına görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyüb, azyaşlı 9 yaşlı uşağa işgəncə verməklə Əhmədzadə Mirəli Seyidvəli oğlunu isə qəsdən öldürüb.

Xatırladaq ki, zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib.

Seymur Əli 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri