Sənədlərə imza atdılar, 100 min manat vergi borcu yarandı VİDEO KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İşə düzəltmə vədi ilə sənədlərə imza atdı, adına şirkətlər açılaraq 50 min manata yaxın vergi borcu yazıldı.
KONKRET.az xəbər verir ki, bu iddianı Qaradağ rayonu Lökbatan qəsəbə sakini Tural Şotayev müsahibəsində bildirib.
Şikayətçi bildirir ki, qohumlari Tural Şotayev və yoldaşı Asudə Şotayevaya işədüzəldəcəkləri və bunun müqabilində kartlarına hər ay pul köçməsi ilə bağlı vəd veriblər. Onlar bunun üçün müfaviq sənədləri də imzalayıblar. Lakin, bir neçə müddət keçsə də, onların adına açılan kartlara pul köçməyib.
Şikayətçinin iddiasına görə, onun işədüzəltmə adı ilə imzaladığı sənədlərlə adına 10-a yaxın şirkət açılıb. Daha sonra Tural Şotayevin adına açılan vöen hesabına 49 min, yoldaşına isə 50 min manata yaxın vergi borcu yazılıb. Adına yazılan vergi borcu səbəbindən Tural Şotayev hazırda nə rəsmi işdə çalışa bildiyini, nə də ölkədən çıxa bildiyini iddia edir.
Dövlət Vergi Xidməti vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 23 İyun 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















