Icma.az
close
up
RU
Seneqal Fransa qoşunlarının ölkədən çıxarılması ilə bağlı qərarı Parislə razılaşdırmayıb

Seneqal Fransa qoşunlarının ölkədən çıxarılması ilə bağlı qərarı Parislə razılaşdırmayıb

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Seneqal hakimiyyəti Fransa rəhbərliyi ilə xarici hərbi kontingentlərin ölkədən çıxarılması qərarını başqa heç bir ölkə ilə razılaşdırmayıb.

Bizimyol.info xəbər verir ki, bunu Seneqalın baş naziri Ousmane Sonko deyib.

Bundan əvvəl Seneqal prezidenti Bassirou Diomai Faye bəyan etmişdi ki, Seneqal 2025-ci ilə qədər bütün xarici qoşunlardan xilas olacaq.

"Prezident Emmanuel Makron Fransa qoşunlarının elan olunmuş çıxarılmasının Afrika ölkələri və Fransa ilə razılaşdırıldığını söyləyib. O hesab edir ki, sadə rahatlıq və nəzakətdən Fransa bu Afrika ölkələrinə bu imkanı verib. Seneqal məsələsində bu bəyanat tamamilə yanlışdır. Bu günə qədər heç bir müzakirə və ya danışıqlar aparılmayıb və Seneqalın qəbul etdiyi qərar yalnız azad, müstəqil və suveren bir ölkə kimi onun iradəsi ilə diktə edilib", - deyə o, "X" sosial şəbəkə hesabında yazıb.

Sonko əlavə edib ki, Fransanın Afrika ölkələrinin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün nə gücü, nə də legitimliyi var. "Əksinə, bu, tez-tez Liviya kimi bəzi Afrika ölkələrində sabitliyin pozulmasına kömək edib və Sahelin sabitliyi, təhlükəsizliyi üçün fəlakətli nəticələrə səbəb olub", - deyə vurğulayıb.

Sonkonun sözlərinə görə, İkinci Dünya Müharibəsində nasistlər üzərində qələbəyə Afrika hərbçiləri də kömək edib. "Əgər bəzən güclə səfərbər edilən, qəddar və nəhayət xəyanətə məruz qalan Afrika əsgərləri İkinci Dünya Müharibəsi zamanı Fransanı müdafiə etmək üçün göndərilməsəydilər, bu ölkə bu gün almanların ola bilərdi", - deyə siyasətçi qeyd edib.

Bundan əvvəl Makron Afrika ölkələrini Parisin Saheldə terrorla mübarizədə göstərdiyi köməyə görə təşəkkür etmədiklərinə görə qınamışdı.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Yanvar 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see263

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see168

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see130

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri