Sensasion İDDİA: Messi dünya nəhənginin prezidenti olacaq
Lent az saytına istinadən Icma.az xəbər verir.
Lionel Messinin "İnter Mayami"dən sonra "Barselona"ya qayıtmağı, klubun idarəçiliyində rol oynamağı və potensial olaraq prezidentliyə namizədliyini irəli sürməyi və ya gələcək seçkilərdə namizədi dəstəkləməyi planlaşdırdığı iddia edilib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hazırda MLS komandası "İnter Mayami"də oynayan argentinalı ulduz Lionel Messi və onun "Barselona" ilə bağlı diqqətçəkici bir iddiası ortaya çıxıb.
Bildirildiyinə görə, Lionel Messi beş il sonra keçiriləcək "Barselona" prezident seçkilərində namizədliyini irəli sürməyi və ya namizəd olacaq kimisə dəstəkləməyi düşünür. Məlumatda deyilir ki, Messi klubun gələcəyi ilə bağlı söz sahibi olmaq fikrinə açıqdır.
Xəbərdə həmçinin bildirilir ki, 38 yaşlı argentinalı superulduz "İnter Mayami" ilə müqaviləsinin müddəti bitdikdən sonra "Barselona"ya qayıtmağı və klubun idarəçiliyində fəal rol oynamağı planlaşdırır. Həmçinin qeyd olunub ki, Messi futbolçu kimi karyerasını başa vurduqdan sonra belə "Barselona" ilə əlaqələrini kəsmək istəmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 10 Fevral 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















