Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

SENSASİYA! İran oyandı… və Ermənistana hücum etdi: YENİ DÖNÜŞ KONKRET

SENSASİYA! İran oyandı… və Ermənistana hücum etdi: YENİ DÖNÜŞ KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Nisbətən sakitlik dövründən sonra İran yenidən “Tramp marşrutu” adlandırılan layihəyə qarşı sərt ritorikaya keçib. Bir gün əvvəl İran İslam Respublikasının ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti Tehranda Ermənistanın səfiri Qriqor Akopyanı qəbul edib və Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı planları barədə İranın mövqeyini son dərəcə sərt formada açıqlayıb.

KONKRET.az nocomment.az-a istinadən xəbər verir ki, Vilayətinin sözlərinə görə, “Trampın Qafqazla bağlı adlandırılan planı Zəngəzur dəhlizindən heç nə ilə fərqlənmir və İran buna qəti şəkildə qarşıdır”. O vurğulayıb ki, bu marşrut İranın şimalında NATO-nun mövcudluğu üçün şərait yaradır və həm İslam Respublikasının şimal bölgələrinin, həm də Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyi üçün ciddi təhdid təşkil edir. Onun fikrincə, söhbət eyni layihədən gedir, sadəcə başqa ad altında yenidən qablaşdırılıb və indi ABŞ şirkətlərinin Ermənistana gəlişi vasitəsilə həyata keçirilir.

Vilayətinin sözlərinə görə, “Trampın Qafqazla bağlı adlandırılan planı Zəngəzur dəhlizindən heç nə ilə fərqlənmir və İran buna qəti şəkildə qarşıdır”.

Niyə məhz indi?

Tehranın niyə məhz indi İrəvana bu qədər sərt siqnal göndərdiyini anlamaq üçün İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin necə formalaşdığını xatırlamaq lazımdır. İran layihənin müzakirəsinin ilk mərhələlərindən etibarən ona son dərəcə kəskin və bəzən nümayişkaranə şəkildə qarşı çıxıb, bildirirdi ki, bu planın reallaşması faktiki olaraq İranın Qara dənizə çıxışını “kəsir”.

Ekspert səviyyəsində Azərbaycanın dəhlizin açılması üçün güc variantına əl ata biləcəyi müzakirə olunduğu dövrdə İran Araz çayı sahilində xeyli hərbi qüvvə cəmləşdirdi və Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün güc tətbiq etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi.

Eyni zamanda, İran siyasi isteblişmenti daxilində başlanğıcdan etibarən vahid mövqe mövcud olmayıb. İslam İnqilabı Keşikçiləri Korpusu və ali lider Əli Xameneiyə yaxın mühafizəkar dairələr Zəngəzur dəhlizinin istənilən formada fəaliyyətini İİR-in milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirirdilər. SEPAH-ın interpretasiyasında bu marşrut Türkiyəyə Azərbaycan və Mərkəzi Asiya ilə birbaşa quru əlaqəsi təmin edir və “Böyük Turan” adlandırılan konsepsiyaya uyğun gəlirdi.

Buna qarşılıq, İranın daha mülayim siyasi qrupları Ermənistanın marşrut üzərində tam suverenliyinin saxlanılması və Türkiyə və ya Rusiya tərəfindən hər hansı xarici nəzarətin olmaması şərti ilə dəhlizin fəaliyyətini mümkün sayırdılar.

Müəyyən mərhələdə Moskvanın Zəngəzur dəhlizi məsələsində İrəvana təzyiqi Tehranla Moskva arasında misilsiz diplomatik gərginliyə gətirib çıxardı. Bu gərginlik bir neçə həftə davam etdi və iki ölkə arasında açıq strateji fikir ayrılığının nadir nümunəsi oldu.

Vəziyyət ABŞ-ın fəal şəkildə prosesə qoşulmasından sonra dəyişdi. Avqustun 8-də Vaşinqtonda TRIPP layihəsi çərçivəsində razılaşmaları da əhatə edən sazişlər imzalandı və bu, bir çoxları tərəfindən dönüş nöqtəsi kimi qiymətləndirildi. Tehranın reaksiyası yenə ziddiyyətli oldu. Əli Əkbər Vilayətinin başçılıq etdiyi hakim dairələrin bir hissəsi son dərəcə sərt mövqe tutaraq “Tramp marşrutu”nun açılmasının yolverilməz olduğunu bəyan etdi və hətta Zəngəzur dəhlizini “Trampın əsgərləri üçün məzarlığa” çevirməklə hədələdi.

Eyni zamanda prezident Məsud Pezeşkianın administrasiyası və dövlət başçısının özü bu cür bəyanatları həddindən artıq hesab edərək bildirdilər ki, Vaşinqtonda razılaşdırılmış formatda dəhlizin fəaliyyəti İran üçün birbaşa təhlükə daşımır.

Türkiyə – Vaşinqtonun strategiyasında əsas oyunçu

Vaşinqton razılaşmalarından sonra Tehranla İrəvan arasında intensiv təmaslar fonunda belə bir təəssürat yaranmışdı ki, İran ya layihəyə münasibətini yumşaldıb, ya da ən azı yeni regional reallıqların qaçılmazlığı ilə barışıb. Lakin Vilayətinin son bəyanatları Tehranın yenidən sərt xəttə qayıtdığını göstərir. Onun Ermənistana ünvanlanan xəbərdarlığı TRIPP layihəsinin müzakirələrinin praktik mərhələyə keçdiyi və ABŞ ilə Türkiyənin iştirakının artıq formal xarakter daşımadığı bir vaxtda səsləndi.

Artıq məlum olduğu kimi, danışıqlar çərçivəsində nəqliyyat infrastrukturunun tikintisi, investisiya mexanizmləri və logistika detalları razılaşdırılır. Gözlənilir ki, Zəngəzurdan keçən 43 kilometrlik dəmir yolu hissəsinin tikintisinə gələn ilin əvvəlində başlanılsın. Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyaya son səfəri zamanı layihənin icrası ilə məşğul olacaq TRIPP Company-nin yaradıldığını elan edib.

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn açıq şəkildə bəyan edib ki, TRIPP layihəsində əsas element Türkiyədir və Vaşinqton Ankarayla sıx koordinasiya aparır. Onun sözlərinə görə, layihə Naxçıvandan keçən, sonra Ermənistan ərazisindən – Şirakı da daxil etməklə – Türkiyənin Qars vilayətinə uzanan və inkişaf etmiş dəmir yolu şəbəkəsinə malik Türkiyə ərazisinə bağlanan xəttdən istifadə olunacağı təqdirdə tamamilə fərqli miqyas qazanacaq.

Kuinn həmçinin vurğulayıb ki, Naxçıvan–Ermənistan–Gümrü–Qars marşrutu üzrə şimaldan cənuba təhlükəsiz və etibarlı dəhlizin yaradılması Şərqlə Qərb arasında tranzit yolunu açacaq və bundan regionun əksər ölkələri faydalanacaq. ABŞ-ın təsəvvüründə TRIPP Mərkəzi Asiyanı Qərbi Avropa ilə birləşdirməli və onilliklər boyu Qafqazı kommunikasiya deyil, parçalanma zonası edən geosiyasi maneələri aradan qaldırmalıdır.

Səfir ayrıca qeyd edib ki, layihə ABŞ-ın iştirakı ilə birgə müəssisə formatında həyata keçirilir və Ermənistan danışıqlar masasında daimi yer əldə edəcək ki, bu da onun ərazi bütövlüyünün, suverenliyinin və yurisdiksiyasının qorunmasına təminat verməlidir. Vaşinqtonun planına görə, məhz bu format İrəvanda əvvəllər səsləndirilən əsas narahatlıqları aradan qaldırır.

Bu fonda aydın olur ki, TRIPP-in sadəcə bəyanat səviyyəsində qalmayaraq praktik icra mərhələsinə keçdiyinə əmin olan İran oyunun şərtlərini dəyişməyə çalışır. Türkiyə layihədə fəal iştirak edir, İran isə danışıqlar prosesindən tam kənarda qalıb. Maraqlıdır ki, TRIPP-dən kənarda qalan digər ölkə də Rusiyadır ki, bu da ənənəvi xarici oyunçuların iştirakı olmadan regionda yeni kommunikasiya arxitekturasının formalaşması hissini gücləndirir.

Tehranın TRIPP layihəsinin reallaşmasını bloklamaq imkanları son dərəcə məhduddur və mövcud geosiyasi şəraitdə, faktiki olaraq, minimaldır. İranın özündə də bunu anlayırlar. Bununla belə, Ermənistana “Tramp marşrutu”nun yolverilməzliyi barədə sərt siqnallar göndərməklə və onun milli təhlükəsizlik üçün təhdid olduğunu vurğulamaqla Tehran Cənubi Qafqazda nüfuz uğrunda mübarizədə öz mövqelərini yüksəltməyə çalışır.

Əlavə kontekst Ermənistanın İsraillə münasibətləri daha da yaxınlaşdırmaq cəhdləri ilə bağlıdır. Bir neçə gün əvvəl Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İsrailə səfər edib ki, bu da ekspert ictimaiyyəti tərəfindən demək olar ki, nəzərə alınmayan mümkün xarici siyasət dönüşünün siqnalı oldu.

Mənbə: Haqqin.az

Azərbaycan dilinə tərcümə etdi:

Əli Səfərli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Dekabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see232

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see224

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see206

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see172

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see158

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri