SEPAH İrana təkrar hücum ediləcəyi təqdirdə döyüş zonasını genişləndirməklə hədələyib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 20 may, AZƏRTAC
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin İrana təkrar hücum edəcəkləri təqdirdə döyüş zonasının Yaxın Şərqdən kənara çıxacağı barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, “Fars” agentliyi bu barədə SEPAH-ın bəyanatına istinadla məlumat yayıb. “İrana qarşı təcavüz təkrarlansa, regional müharibə bu dəfə bölgədən kənara yayılacaq və zərbələrimiz gözləmədiyiniz yerlərdə sizə sarsıdıcı məğlubiyyət gətirəcək”, - deyə bəyanatda bildirir.
Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xahişi ilə mayın 19-da İrana planlaşdırılan hücumu ləğv etdiyini açıqlayıb. Bu arada İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Beqai ölkəsinin istənilən ssenariyə hazır olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 20 May 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















