Separatçılara Paşinyanın dostu başçılıq edəcək?
Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qarabağdan qaçaraq, Ermənistanda məskunlaşmış erməni separatçıları özlərinə yeni “rəhbər” seçməyə hazırlaşır.
Tribunainfo.az xəbər verir ki, faktiki olaraq “səsvermə” yolu ilə “başçı” seçmək imkanı olmayan separatçılar, bunun üçün qondarma “konstitusiya”larına dəyişiklik ediblər.
Belə ki, onlar qondarma “parlament”lərinə səlahiyyət veriblər ki, qondarma “prezidenti” seçə bilsinlər. İrəvanda nəşr olunan “Hraparak” qəzeti isə yazır ki, separatçıların başına heç kim keçmək istəmir. Qəzet qeyd edir ki, Samvel Şahramanyan mayın 21-də “namizəd” olub, olmayacağını qətiləşdirməyib. Onun əsas rəqibi Samvel Babayan isə separatçılara başçlıq etmək fikrində olmadığını dilə gətirib.
Amma erməni nəşri iddia edib ki, bu iki separatçının dəstəkləyəcəyi bir nəfər var. Hətta onun rəsmi İrəvan tərəfindən də məqbul adam kimi görüldüyü deyilir. Həmin şəxsin separatçıların nümayəndəsi, əslən İcevandan olan Hayk Xanumyan olduğu deyilir. Xanumyanın Paşinyana çox yaxın olduğu deyilir.
Fərda Uğur


