Sərdar Berdiməhəmmədov: Azərbaycan AQEM çərçivəsində təşəbbüskar rol oynayır
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
“Türkmənistan AQEM-i məsuliyyətin bölüşdürülməsi, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regionda davamlı inkişafın təşviqi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirir”.
Teleqraf xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündə deyib.
O qeyd edib ki, Azərbaycanın təşkilata sədrliyinə xüsusi əhəmiyyət verir:
“Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan bu formatda sədrliyi dövründə AQEM-in məqsəd və vəzifələrinə uyğun olaraq Asiyada qarşılıqlı fəaliyyətin və etimadın möhkəmləndirilməsi istiqamətində təşəbbüskar və dəstəkləyici rol oynayır.
Təhlükəsizliyin və davamlı inkişafın mühüm şərtlərindən biri də iqtisadi əlaqələrin gücləndirilməsidir. Ticarətin inkişafı, etibarlı nəqliyyat və logistika marşrutlarının yaradılması, eləcə də iqtisadi əməkdaşlığın genişləndirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır”.
Türkmənistan Prezidenti vurğulayıb ki, dünya iqtisadiyyatının dəyişən reallıqları fonunda enerji ixracı marşrutlarının şaxələndirilməsi də vacib rol oynayır:
“Subsidiyaların, yükdaşımalarla bağlı məhdudiyyətlərin, eləcə də infrastruktur və prosedur maneələrinin aradan qaldırılması regional iqtisadi əməkdaşlığın inkişafına töhfə verə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 15 Oktyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















