Icma.az
close
up
RU
Sərdar Berdiməhəmmədov: Azərbaycanın Məşvərət Görüşü formatına qoşulması mühüm nəticədir

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Məşvərət Görüşü formatına qoşulması mühüm nəticədir

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulması bizim üçün son dərəcə mühüm nəticədir.

APA-nın Türkmənistana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə çıxışı zamanı bildirib.

Türkmənistan Prezidenti qeyd edib ki, dünyada və regionda vəziyyət sürətlə dəyişir, yeni geosiyasi və iqtisadi reallıqlar meydana çıxır. Onun sözlərinə görə, bu proseslər dövlət başçılarının xüsusi diqqətini və qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsini tələb edir.

Sərdar Berdiməhəmmədov vurğulayıb ki, ölkələr arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, eləcə də humanitar, elmi və təhsil sahələrində formalaşmış potensialdan səmərəli istifadə edilməsi üçün geniş imkanlar mövcuddur.

"Əminəm ki, bu gün qarşımıza həqiqətən genişmiqyaslı strateji məqsədlər qoya bilərik. Ölkələrimizin iqtisadiyyatlarının dinamik inkişafı, onların şaxələndirilməsi, keyfiyyət və texnoloji səviyyəsinin yüksəldilməsi qarşılıqlı maraqlar və faydalı şərtlər əsasında işgüzar əlaqələrimizi əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir", – deyə Türkmənistan Prezidenti bildirib.

O qeyd edib ki, Mərkəzi Asiya və Azərbaycanın regional və qlobal proseslərdə mühüm logistika və enerji mərkəzləri kimi rolu davamlı olaraq artır.

"Bu, Asiya və Avropadakı tərəfdaşlarımızla əməkdaşlığın inkişafı üçün əlverişli perspektivlər açır", – deyə dövlət başçısı vurğulayıb.

Sərdar Berdiməhəmmədov ölkələr arasında mənəvi, mədəni və ortaq dəyərlərə əsaslanan yaxınlığın möhkəmləndirilməsinin də prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Türkmənistan Prezidenti bildirib ki, Məşvərət Görüşü çərçivəsində müzakirə olunacaq məsələlər və irəli sürüləcək təkliflər iştirakçı dövlətlərin və xalqların davamlı inkişafına və rifahına xidmət etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Oktyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri