Icma.az
close
up
RU
Sərhəddə səngər qazılır, xüsus texnika gətirilir Bölgədən TƏCİLİ XƏBƏR

Sərhəddə səngər qazılır, xüsus texnika gətirilir Bölgədən TƏCİLİ XƏBƏR

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanla sülh danışıqlarının mətnini yekunlaşdıran Ermənistanda müharibəyə hazırlıq gedir. Məlumata görə, ABŞ Ermənistandakı hərbi poliqona yeni avadanlıq və texnika göndərməyi planlaşdırır. Bu məqsədlə, Vaşinqton Avropa və Afrikadakı əsas logistika mərkəzi olan Almaniyanın Dulmen bazasından Ermənistana hərbi yüklər daşıyacaq. Avadanlıqların iyulun 16-dan avqustun 7-dək Gürcüstan ərazisindən tranzit keçidi planlaşdırılır. Göndəriləcək 151 ədəd texnikaya nəqliyyat vasitələri, generatorlar və xüsusi konteynerlər daxildir.

ABŞ-ın bu addımı regiondakı geosiyasi proseslərə təsir göstərə bilər. Xüsusilə də, Ermənistanın Azərbaycanla müharibəyə hazırlaşdığı barədə xəbərlər yayıldıqdan sonra bu kimi addımların atılması birmənalı qarşılanmayıb. Onu da qeyd etmək lazımdır ki, ötən gündən davam edərək Ermənistan sərhəddə atəşkəs rejimini pozur. 

Məsələ ilə bağlı hərbi ekspert Azər Bayramov News24.az-a açıqlamasında bildirib ki, Ermənistanın ehtiyatda olan hərbçiləri təlimə cəlb etməsi vaxtaşırı baş verir. 

"Bəzi hallarda bu təlimlərdə digər ölkələrin hərbi bölmələri də iştirak edir ki, bu da Ermənistanın xarici silahlı qüvvələrin bilik və bacarıqlarından yararlanmaq istəyini göstərir. Ermənistan hər zaman hərbi müdaxilələrdə maraqlı olub.Ermənistan hər zaman hərbi müdaxilələrə maraq göstərib, lakin bu cəhdlər dəfələrlə uğursuzluğa düçar olub. 2016-cı il aprel döyüşlərində və 2022-ci ildə 23 saat davam edən hərbi toqquşma zamanı Ermənistan ciddi itkilərə məruz qalıb".

Azər Bayramovun fikrincə, Ermənistan iqtisadi inkişafdan daha çox hərbi potensialını artırmağa üstünlük verir. O, qeyd edib ki, Ermənistanın revanşist planlar qurması artıq gizli məsələ deyil və zaman-zaman müəyyən hərbi təxribatlara əl atması ehtimalı yüksəkdir:

"Ermənistan iqtisadi inkişafdan çox, hərbi gücə fokuslanıb. Növbəti hərbi toqquşma erməni xalqı üçün ağır nəticələr verə bilər. Ermənistanın növbəti hərbi eskalasiyaya cəhd etməsi ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər. Əgər yeni bir hərbi toqquşma baş verərsə, bu, erməni xalqına ağır zərbələr vuracaq və regionda vəziyyəti daha da gərginləşdirəcək".t

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Mart 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri