Icma.az
close
up
RU
Sərnişin sürücünün üzərinə bıçaq çıxartdı 30 nömrəli marşrutda qorxulu anlar

Sərnişin sürücünün üzərinə bıçaq çıxartdı 30 nömrəli marşrutda qorxulu anlar

Icma.az, Bakupost saytına istinadən bildirir.


Martın 4-də Bakıda sərnişinlə 30 saylı marşrut xətti ilə hərəkət edən abtobusun sürücüsü arasında bıçaqlı imsident yaşanıb. Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Esmira Cavadova məlumat verib.

Jurnalist xanım aidiyyəti qurumlara müraciət edərək şahidi olduğu xoşagəlməz hadisə barədə bunları deyib: “Saat 17.30 radələrində “Xətai metrostansiyası” yaxınlığında (FHN Yanğından Mühafizə İdarəsinin qarşısındakı dayanacaqda) sərnişini olduğum 30 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə bir sərnişin arasında mübahisə düşdü. Deməli, sərnişin avtobusa orta qapıdan mindi, sürücü yerə düşməsini tələb etdi. Sərnişin düşüb ön qapı tərəfə gələndə sürücü tez qapıları bağlayıb maşını yerindən tərpətdi. Sərnişin də tənbəllik eləməyib avtobusun dalıyca qaçdı, qarşıdakı dayanacaqda yetişib sürücünü söydü. Sürücü də onu çox pis ifadələrlə söyüb avtobusdan düşdü, sərnişinin dalıyca qaçdı. Sərnişin də eləmə tənbəllik, əlindəki torbadan yekə bir bıçaq çıxartdı. Avtobusdakl ikişi sərnişinlər aşağı düşüb bunları ayırmağa çalışdı, avtobusun içərisindəki uşaqlar, yaşlı qadınlar qorxdu. Sərnişinlər bunları ayırmağa çalışdıqca bunlar daha da qızışır, qaçıb avtobusun o biri tərəfində bir-birlərinə hərbə-zorba gəlirlər. Küçənin ortasında kriminal film çəkirdilər elə bil”.

E.Javadova aidiyyəti qurumlara müraciət edərık hadisənin araşdırmasınl xahiş edib: “Aidiyyəti qurumlar ərazidəki kameralardan hər şeyi aydın görüb yəqin. Tıxacları yara-yara gələn avtobus sərnişinlə dolu idi, tərpənmək mümkün deyildi, iki avaraya görə adamlar havasız avtobusda bu sıxlıqda 10 dəqiqədən çox nəfəsləri kəsilə-kəsilə qaldı. Üstəlik də bu yazdıqlarımı pəncərədən gərginliklə izləyə-izləyə. Sərnişinin əlində yekə bıçağı görən qadınlar, uşaqlar əsirdi. Evdən çıxanda mənzil başına sağ-salamat gedib çatmaq istəyən bir sərnişin kimi bu gün mənə və avtobusdakı digər qadınlara, uşaqlara stres yaşadan hər iki xuliqanın cəzalandırılmasını xahiş edirəm”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Mart 2025 05:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri