Icma.az
close
up
RU
Şərqşünaslıq İnstitutunda Müstəqillik Gününə həsr edilmiş elmi sessiya

Şərqşünaslıq İnstitutunda Müstəqillik Gününə həsr edilmiş elmi sessiya

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a Şərqşünaslıq İnstitutundan məlumat verilib. Tədbiri açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan danışıb, Azərbaycanın ilk parlamentinin, hökumətinin yaradıldığını, dövlət atributlarının təsis edildiyini, sərhədlərin müəyyənləşdirildiyini, təhsilin milliləşdirildiyini, Milli Ordunun yaradıldığını, Azərbaycan dilinin dövlət dili elan edildiyini vurğulayıb.

G.Baxşəliyeva 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdiyini söyləyərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il oktyabrın 15-də imzaladığı Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edildiyini xatırladıb.

İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev elmi sessiyada “Azərbaycan Cümhuriyyəti (1918-1920) arxiv sənədlərində” mövzusunda məruzə edib. E.Mustafayev məruzəsində qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, milli dövlətçilik tarixində mühüm rol oynayıb. Arxiv sənədləri Cümhuriyyət rəhbərlərinin dövlət müstəqilliyini qorumaq, demokratik idarəetmə sistemi qurmaq və Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq istiqamətində ciddi fəaliyyət göstərdiyini sübut edir. Məruzədə parlament fəaliyyəti, qəbul edilən qanunlar və həyata keçirilən islahatların müasir dövlət quruculuğu baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov elmi sessiyada “Milli istiqlal ideyası və dövlətçilik ənənələri: Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsi” mövzusunda məruzə edib. Məruzədə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, milli istiqlal ideyası və bunun həyata keçirilməsi, milli dövlətçilik ənənələrinin bərpası, Azərbaycan adının bərpası, Azərbaycan dövlətçiliyi düşüncəsi, milli ordu quruculuğu, dövlət atributlarının qəbulu, parlamentarizm ənənəsinin formalaşdırılması və s. məsələlərdən bəhs edilib.

İnstitutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatında milli istiqlal ideyaları” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Cümhuriyyət dövründə bədii düşüncədə də milli ruh özünün ən yüksək zirvəsinə çatmışdı. İctimai-siyasi həyatla ədəbi proses eyni məcrada inkişaf edirdi. Ədəbi-bədii əsərlərdə istiqlalçılıq, dövlətçilik ideyaları, Vətənə, bayrağa məhəbbət və ehtiram hissləri öz parlaq əksini tapmışdı. Cümhuriyyət dövrünün ədəbiyyatı cəmiyyətin siyasi-ideoloji əsaslarının yeni zəmində formalaşmasında nüfuzedici qüvvəyə malik idi.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri