Icma.az
close
up
RU
Sertifikasiya gecikir: Təhsil İdarələrinə 7 fənnin müəllimləri ilə bağlı tapşırıq VERİLİB

Sertifikasiya gecikir: Təhsil İdarələrinə 7 fənnin müəllimləri ilə bağlı tapşırıq VERİLİB

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sertifikasiya imtahanları ilə bağlı məlumatların elan edilməməsi, imtahan tarixlərinin məlum olmaması müəllimlər arasında narazılığa səbəb olub.

Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın iclası hələlik keçirilməyib.

Bir neçə gün əvvəl saytımıza daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin -  tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək. Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, hər bir dövlət qurumu cəmiyyəti, yaxud maraqlı şəxslərin narahatlığını görəndə bununla bağlı müəyyən tədbirlər görməlidirlər:

“Hər dekabr-yanvar aylarında sıradakı sertifikasiya keçiriləcək fənnlər elan edilirdi. Amma son vaxtlar Elm və Təhsil Nazirliyində qəribə proseslər baş verir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3 müavinin heç biri yoxdur. Şöbə müdirləri isə müxtəlif yerlərdən gətirilib. Bu gecikmə də yəqin ki, kadr problemi ilə bağlıdır. Artıq Regional Təhsil İdarələrinə tapşırıq verilib ki, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə fizika, kimya, biologiya, coğrafiya, tarix, informatika, texnologiya fənn müəllimləri ilə bağlı məlumatlar işlənsin. Bu o deməkdir ki, həmin fənn müəllimlərinin sertifikasiyası gözlənilir. Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq olunmuş sertifiaktlaşma qaydalarında göstərilir ki, sertifikasiyanın keçirilmə tarixi 1 ay öncə müəllimlərin şəxsi kabinetinə göndərilməlidir”.

Ekspertin sözlərinə görə, sadalanan fənn müəllimlərinin sayı ölkəmizdə ən az 30 min nəfərdir:

“Bu da ümumi müəllimlərin 1/5 hissəsini təşkil edir. MÜTDA və Elm və Təhsil Nazirliyi imtahanlarla bağlı mütləq məlumat verməlidir. 2022-ci ildən başlayan sertifikatlaşma prosesi ilk olaraq ibtidai sinif müəllimləri daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimləri, ötən il isə riyaziyyat və xarici dil müəllimlərinin sertifikasiyası keçirildi. Bu da müəllimlərin yarısına qədərinə bərabərdir. Bizə də bununla bağlı müraciətlər daxil olur, müəllimlər narahatdırlar. Amma müəllimlər də narahat olmasınlar, bu müəllimlərin peşəkarlığını yoxlayan bir metoddur. Müəllimlərə tövsiyyəm odur ki, narahat olmasınlar. Gedişatda fizika, kimya, biologiya, coğrafiya,tarix, informatika, texnologiya müəllimlərinin sertifikasiyası gözlənilir. Bu yazını oxuyan bütün fizika, kimya, biologiya, coğrafiya,tarix, informatika, texnologiya müəllimlərinin xəbərdar olacağına və digər yoldaşlarını da xəbərdar edəcəyini düşünürəm”- E.Qafarov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri