Icma.az
close
up
RU
Sertifikasiyada müəllimləri narazı salan 5 problem

Sertifikasiyada müəllimləri narazı salan 5 problem

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İndiyədək 80 mindən çox müəllim sertifikasiyadan keçib, bu il isə ümumilikdə bu rəqəmin 100 mindən çox müəllimə çatacağı nəzərdə tutulur.
Qeyd edək ki, bu il ilk dəfə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə müəllimlər də sertifikasiya imtahanlarına cəlb olunacaqlar. Bu mərhələdən sonra bütün ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər sertifikasiyadan keçmiş olacaq.

Növbəti mərhələdə isə müəllimlər 5 ildən bir yenidən bu prosesə cəlb ediləcəklər. Nəzərə alsaq ki, birinci mərhələ sertifikasiya müəllimlər üçün daha çox ilkin təcrübə xarakteri daşıyırdı.

Maraqlıdır, növbəti sertifikasiya mərhələsində hansı dəyişikliklərə ehtiyac var? Ümumiyyətlə, nələrin ləğv edilməsi, hansı yeniliklərin isə əlavə olunması zəruridir?

Modern.az xəbər verir ki, məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin peşə səviyyəsinin qiymətləndirilməsi və motivasiyasında mühüm rol oynayır:

"Təhsilverənlərin sertifikatlaşdırılması prosesində müəyyən problematik detallar qalmaqdadır. Onların bəzilərini biz problem kimi yox, müəyyən müddəaların hazırkı versiyası ilə müqayisədə daha səmərəli detal kimi xarakterizə etmək istərdik.  

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müəllimin peşə yararlılığını və peşəkarlıq səviyyəsinin müəyyən olunmasında, yüksək nəticə göstərmiş layiqli pedaqoqların maaşlarını artırmaqla motivasiyaedici funksiya daşımasında, eləcə də pedaqoji göstəricisi minimal şərtlərdən də aşağı olanların aşkarlanmasında rolu çox böyükdür. Lakin bu prosesin təşkili zamanı cəmiyyətdə xeyli sayda təhsilverənlər arasında narazılıqla qarşılanan bir neçə detalı aşağıdakı kimi qruplaşdırmaq olar. 

Belə ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesində müsabiqə iştirakçılarına hər biri 1 balla qiymətləndirilən 60 sual ünvanlanır ki, onların böyük əksəriyyəti - 50 sual-uyğun fənn proqramına aid olur. Yalnız 10 sual təlim strategiyaları, tədris metodikası, psixoloji bacarıqları özündə ehtiva etməkdədir. Nəzərə alaq ki, təhsilverənin peşə yararlığını müəyyən etməkdən ötrü onun metodiki və psixoloji bacarıqları da önəmli rol oynayır. Test imtahanı mərhələsində suallararası balanssızlıq bu göstəricilər arasında məntiqi əlaqəni pozur. Sualların verilmə texnologiyaları əsasən uyğun fənn proqramlarına aid əzbərçiliyə yönələn faktoloji bilgilər tələb etməkdədir.

Təhsilverənlərin sertifikatlaşdırılması iki əsas mərhələdən (test və müsahibə) ibarətdir. 20 dəqiqə davam edən müsahibə mərhələsində təhsilverənlər 4 ballıq şkala ilə 40 balla qiymətləndirilir. Müsahibə mərhələsində qiymətləndirmə bu meyarlar əsasında aparılır:

Proqram üzrə mövzunu təqdimetmə bacarığı;

Təhsilalanları qiymətləndirmə bacarığı;

Özünü təqdimetmə bacarığı;

Pedaqoji prosesi təşkiletmə bacarığı;

Ünsiyyət bacarığı.

Lakin müsahibə mərhələsi bu qədər vacib meyarları özündə əks etdirməsinə baxmayaraq,  prosesin təşkil olunduğu  ilk iki ildə test imtahanı mərhələsinin bir növ kölgəsində qalmış, müəyyən mənada az qala, formal xarakter daşımışdır. Maksimum 40 balla dəyərləndirilməli olan müsahibə mərhələsinin nəticələrinin  əmək haqqının artımına aid edilməməsi onun funksionallığını azaltmışdır. Bu da öz növbəsində təhsilalanlar arasında müəyyən narazılıq və inamsızlığa yol açmışdır. Çünki birbaşa psixoloji və metodiki bacarıqları tələb edən müsahibə mərhələsi təhsilverənin peşəkarlıq səriştəsini test mərhələsindən də dəqiq çatdırmaq gücündə olsa da, hazırkı durumda müəllim üçün faydalılıq göstəricisinə malik deyil. Ötən il müsahibəyə qatılan minlərlə müəllimdən yalnız 33 nəfərinin qeyri-məqbul qiymətləndirilməsi də buna bariz nümunədir".

Müsahibimiz sertifikaisya imatahnında yaranan narazılıqlardan bəsh edib:

"Sertifikatlaşdırma prosesində ən ciddi narazılıq yaradan məsələlərdən biri: test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin maaşında 35 faiz, 50 baldan aşağı və 30 baldan yuxarı bal  toplayanların isə  əmək haqqısında 10 faiz əlavənin olunması. Bu, müəllimlər arasında ciddi narazılıq yaratmışdır.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesindən sonra differensial əmək haqqının tətbiqi zamanı maaşa əlavənin müəyyən qaydalar çərçivəsində verilməsi minlərlə təhsilverənin mənafeyi naminə atılacaq çox müsbət addım ola bilər. Əks halda, yalnız 1 bal toplamadığı üçün həmkarından 25 faiz az maaş alacaq yüzlərlə müəllimin narazılığı davam edəcəkdir. Xatırladaq ki, cari qaydalara əsasən təhsilverənlərin sertifikatlaşdırılması prosesində 50 bal toplayan müəllimin əməkhaqqısı 10, 51 bal toplayan müəllimin isə 35 faiz artırılır. Bu da təhsilverənlər arasında çox ciddi narazılıqla qarşılanmaqdadır".

Test imtahan mərhələsinin məzmunu təhsilverənin tədris prosesi ilə uyğunluq təşkil etmir:

"Birbaşa kurikulum yanaşmalarına söykənən bu məzmun müəllimin tədris prosesində istifadə obyekti olmur, təhsilverən kurikulum yanaşmalarına deyil, klassik metodlar əsasında dərsi təşkil etməyə maraq göstərir. Təhsilverənlərin böyük əksəriyyətinin kurikulum yanaşmaları, pedaqoji prosesi həyati tətbiq bacarıqları, innovativ meyillər üzərində qurmamaları onları test imtahanı mərhələsinin məzmunundan uzaqlaşdırır və bu da nəticələrə çox ciddi təsir etmiş olur.

Test imtahan mərhələsinin məzmunu əsasən bunlardır:

Təlim strategiyaları: müasir təlim metodları və üsulları, fəal interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri.

Təlim metodikası: Fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri.

Təbii ki, bu məzmun çağdaş təhsilin inkişaf meyarlarına tam xidmət edir. Lakin ilboyu bu məzmunun tələblərindən kənarda qalmış təhsilverən üçün müəyyən çətinliklər də yaratmış olur. Sertifikatlaşdırma prosesinə hazırlıq zamanı bu məsələlərə xüsusi diqqətin yetirilməməsi, lazımı təlim və seminarların keçirilməməsi müəllimlərin daha yaxşı nəticə göstərmələrinə mane olmuşdur".

Sertifikatlaşdırmaya qədər müəllimlərin İKT bacarıqlarının yoxlanılması və inkişafı üzrə tədbirlərin görülməmişdi:

"Yaşı 60-dan yuxarı olan təhsilverənlərin  sertifikatlaşdırma prosesində  iştirakının könüllü edilməsi Əmək Məcəlləsinin 16-ci maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir. Əmək münasibətlərində ayrı-seçkiliyə, o cümlədən yaşa görə ayrı-seçkiliyə yol verilmir.

Həmçinin, bu yanaşma, adıçəkilən yaş qrupuna aid müəllimlərin şüuraltı olaraq peşə yararlığını, onların bilik və bacarıqlarını aşağılayan bir tendensiya rolunu oynamaqdadır. Bu və digər səbəblərdən yaşı 60-dan yuxarı olan müəllimlərin, həm də minlərlə həmkarlarının ciddi narazılığına səbəb olmuşdur.

Narazılıqla qarşılanan növbəti məsələ isə son 3 ildə Müəllimlərin işəqəbulu müsabiqəsi əsasında işə qəbul olunanların sertifikasiyadan azad edilməsi qaydasıdır. Çünki bu dönəmdə işəqəbul olunan xeyli sayda müəllim təhsilverənlərin sertifikatlaşdırılması prosesindən kənarda qalaraq, əmək haqqılarının artırılması şanslarını itirmiş olurlar.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə qədər müəllimlərin İKT bacarıqlarının yoxlanılması və bu istiqamətdə səriştəliliyinin artırılmasından ötrü lazımı tədbirlər görülməmişdir. Bu amil xüsusən də orta və daha böyük yaş qrupuna aid müəllimlər üçün əlavə çətinlik və psixoloji gərginlik yaratmışdır. Test imtahanı mərhələsində təhsilverənlərə İKT məsələləri ilə bağlı yardımçı olan könüllü təşkilatlarının üzvləri olsa da, imtahanların elektron qaydada təşkili müəllimlərə zəruri bilgilərin verilməsini labüdləşdirirdi. Lakin bu istiqamətdə heç bir işlərin aparılmaması da prosesin təşkilində müəyyən narazılıq yaradan səbəblərdən oldu.

Sertifikatlaşdırma prosesində indiyə kimi iştirak edən müəllimləri əsas narahat edən məsələlər həm də prosesdən əvvəl istər ixtisas, istər metodika, istərsə də müsahibə mərhələləri ilə bağlı yetərli təlimlərin, seminarların keçirilməməsi olmuşdu".

Psixoloji hazırlığın olmaması imtahan nəticələrinə mənfi təsir göstərib:

"Sertifikatlaşdırma prosesində bəzi müəllimlər üçün digər problemli məsələ isə onların pedaqoji fəaliyyətləri zamanı həm ixtisas, həm də metodiki olaraq öz üzərlərində uzun müddətdir çalışmamaları, özlərini təkmilləşdirməmələridir. Bu da öz növbəsində sırf həmin müəllimlərdə özgüvən hissini azaltmış, onlarda  psixoloji basqı,  həyəcan və gərginlik yaratmışdır. Psixoloji təlimlərin keçirilməməsi, müəllimlərin imtahan prosesində bu yöndən hazırlanmaması onların nəticələrində də ciddi surətdə öz əksini tapmışdır.

Məktəbdə çalışan direktor və müavinlərinin də sertifikatlaşdırılma prosesinə cəlb olunmamaları... Dünya təcrübəsində pedaqoji rəhbərlik də qiymətləndirmələrə qatılır və uyğun sertifikatlarla dəyərləndirilirlər. Bu, onları həm pedaqoji kollektivdən ayırmır, həm də peşə səriştəliliyini, peşəkarlıq səviyyəsini dəyərləndirmiş olur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 May 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see489

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see319

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see253

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see219

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see219

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see169

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see158

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see156

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see154

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri