Icma.az
close
up
RU
Sertifikasiyanın çətinləşməsi, məktəblərin bağlanması müəllim sayı və tələbə yerlərinin sayını azaldacaq

Sertifikasiyanın çətinləşməsi, məktəblərin bağlanması müəllim sayı və tələbə yerlərinin sayını azaldacaq

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Universitetlərdə pedaqoji fakültələrin sayının azaldılması təklif edilir. Təhsil naziri Emin Əmrullayev bir neçə gün əvvəl Milli Məclisdə çıxışı zamanı bəzi universitetlərə tələbə qəbulunun azaldılacağını bildirib. Nazir qeyd edib ki, bu addım təhsildə keyfiyyətin artırılması məqsədi daşıyır. Məsələyə münasibət bildirən təhsil ekspertlərinin sözlərinə görə, tələbə qəbulunun azaldılması məsələsi ilk növbədə pedaqoji fakültələrə aid edilməlidir. Ali təhsil müəssisələrinə ayrılan 60 min plan yerinin 25 mini məhz pedaqoji ixtisaslara aiddir. Ekspertlər hesab edir ki, pedaqoji ixtisaslara qəbulu azaltmaq üçün ilk növbədə müəllimlik ixtisasına qəbulda müəyyən şərtlər tətbiq edilməlidir. Xüsusilə, bölgə universitetlərində 200 balla pedaqoji ixtisaslarda təhsil alan tələbələrin sayı kifayət qədərdir.Pedaqoji ixtisaslara qəbulun azaldılması müəllimliyə həvəsi olan abituriyentlər üçün maneə yaratmaz ki?Pedaqoji fakültələrin sayının azaldılması regionlarda kadr çatışmazlığına gətirib çıxara bilər? Bu dəyişikliklər hansı nəticələrə səbəb ola bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib ki, 1-ci siniflərə gedən şagirdlərin sayında 5000 azalma var: “Ölkədə əhalinin sayında azalma var. Hər il orta hesabla təqribən 1-ci siniflərə gedən şagirdlərin sayında 5000 azalma var. 5000 çox ciddi rəqəmdir. Əgər biz ibtidai sinifdə 20 şagirdlə bir sinfi formalaşdırırıqsa, orta hesabla ən azı 25 sinifdir və bu, 25 müəllim deməkdir. Digər bir tərəfdən urbanizasiya nəticəsində və eyni zamanda kiçik həcmli az komplektli məktəblərin bağlanması fonunda məktəblərin sayı sürətlə azalır. Orta hesabla hər ildə 100-150 arası məktəb bağlanır. Bu da ciddi təsir edir”.

Elşən Qafarov

Təhsil eksperti qeyd edib ki, beynəlxalq sistemdə hər 16 şagirdə bir müəllim düşür: “Beynəlxalq sistemdə şagird-müəllim nisbətinə baxdıqda, ölkəmizdə bu nisbət şəhər və regionlara nisbətən dəyişir. Əgər regionlarda hər 8-9 şagirdə bir müəllim düşürsə, şəhər yerində isə bu 23-24 şagirdə bir müəllim düşür. Bu da ciddi balansdır. Beynəlxalq sistemdə isə hər 16 şagirdə bir müəllim düşür. Nəticə etibarı ilə bəli, müəllim yerlərinin hal-hazırda zamanla azaldılması gözlənilir. Əgər bizim 4-5 il bundan öncə 151 min müəllimimiz vardırsa, bunlardan 136-137 mini daimi əsaslarla, 15 mini isə müddətli müqavilə ilə işləyirdisə, hal-hazırda müəllimlərin sayı 130 minə düşüb. Qısa müddət ərzində 20 minə yaxın müəllim sayı azalıb. Bu da çox ciddi rəqəmdir. Belə olduğu dövrdə ölkədə 47 mülki ali məktəbdən 22 -də pedaqoji sahədə kadr hazırlanır. Ən pisi isə odur ki, bizdə müəllimliyin peşə standartı yoxdur. Ona görə də zamanla müəllimlik ixtisası üzrə yerlərin azalması gözlənilir, reallıqdır. Nəticə etibarı ilə müəllim yerlərinin sayı azaldılacaq. Hətta pedaqoji sahədə kadr hazırlayan müəllimlərin ali təhsil müəssisələrinə sayında da azalma gözlənilir”.

Elşən Qafarov vurğulayıb ki, yaxın 5 ildə müəllimlərin sayının 100 minə endiriləcəyi gözlənilir: “Prosesin mənfi tərəfi odur ki, bütün bunlar xaotik şəkildə baş verir. Elmi araşdırmalar aparılmır. Təhsil institutu Elm və Təhsil Nazirliyinin idarəetmə orqanına çevrilib. Nəticə etibarı ilə sertifikasiya prosesi də getdikcə daha da çətinləşəcək və məktəblərin bağlanması, əhalinin sayının azaldılması və bütün bunlar hal-hazırda olan müəllim sayının azalmasına gətirib çıxaracaq. Sonda təbii ki, pedaqoji sahədə kadr hazırlayan ali təhsil müəssisələrində tələbə yerlərinin sayının azalması ilə müşahidə olunacaq. Yaxın 5 ildə müəllimlərin sayının 100 minə endiriləcəyi gözlənilir. Hətta ola bilsin 100-110 min arası azalma olacaq. Hazırda dəqiq statistika yoxdur. Orta hesabla hər il 8-10 min müəllim işə qəbul olunur, lakin onların nə qədərinin ilk dəfə, nə qədərinin isə əvvəllər işləyən müəllimlər olduğu məlum deyil. Çünki müəllimlərin işə qəbuluna 60 minə yaxın namizəd sənəd versə də, sistemdə onlar barədə fərqləndirici məlumat yoxdur. Ümumilikdə, müəllim yerinin azalması fonunda müəllim hazırlayan ali təhsil müəssisələrində plan yerlərinin sayının da azalması gözləniləndir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri