Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Sərxan Xavəri: Qərbi Azərbaycan folkloru dövlət siyasəti və milli kimliyin təminatıdır

Sərxan Xavəri: Qərbi Azərbaycan folkloru dövlət siyasəti və milli kimliyin təminatıdır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 dekabr, AZƏRTAC

Qərbi Azərbaycan folkloru dövlət siyasəti və milli kimliyin təminatıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi-praktik konfransının açılış mərasimində çıxış edən AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri deyib.

Alim Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş tarixi Zəfərdən sonra qayıdışın ümummilli hərəkat səviyyəsinə yüksəldiyini və növbəti mərhələdə Qərbi Azərbaycana qayıdışın dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. O bildirib ki, Prezidentin “Əziz Şuşa, biz qayıtmışıq!” bəyanatı qayıdışın dövlət siyasətində simvol və emblemləşmiş işarəsinə çevrilib.

Sərxan Xavəri çıxışında qeyd edib ki, qayıdış yalnız coğrafi hərəkət deyil, parçalanmış zamanın, itirilmiş yaddaşın və dağılmış mənanın yenidən bərpasıdır. O bildirib:"Əgər torpaq millətin bədəni, yaddaş onun ruhudursa, qayıdış bədənlə ruhun yenidən vəhdətinə çevrilir. Dövlət siyasətində tarixi torpaqlara qayıdış keçmişin bərpası deyil, gələcəyin mənəvi legitimləşdirilməsidir."

Alim, həmçinin ontoloji bütövləşmə kontekstində professor Yaşar Qarayevin “Göyçəyə qayıdan yol folklordan keçir!” düsturunu xatırladıb və folklorun ideoloji konstruksiya yox, ontoloji mexanizm olduğunu vurğulayıb: "Dövlətçilik ideyası folklorda şüar kimi deyil, təcrübə kimi mövcuddur, torpaq anlayışı hüquqi kateqoriya deyil, mənəvi zərurətdir".

Sərxan Xavəri Qərbi Azərbaycan folklorunu xarakterizə edərək qeyd edib:"Bütün məhrumiyyətlərə, qaçqınlıq və didərginlik talelərinə baxmayaraq, son illərdə bu folklor milli identikliyinin ən dərin qatlarını qoruyub saxlayıb. Buradakı torpaq, yurd, ocaq, pir, qəbir, dağ və göl anlayışları sadəcə obraz və simvol deyil, etnik təfəkkürün struktur elementləridir. Folklor tarixi-coğrafi şüurun alternativ yazı sistemidir - yazılı tarix silinə bilər, lakin folklor insanın yaddaşında və emosional kodunda yaşayır. Bu baxımdan Qərbi Azərbaycan folkloru lokal material kimi deyil, bütöv Azərbaycan və türk folklor sisteminin ayrılmaz komponenti kimi öyrənilməlidir”.

Alim əlavə edib ki, folklor materiallarının sosial-demoqrafik dinamika kontekstində tədqiqi müasir folklorşünaslığın aktual istiqamətlərindən biridir və tarixi proseslərin kollektiv yaddaşdakı əks-sədasının müəyyənləşdirilməsinə imkan yaradır. Bu isə folklorun klassik təsviri mərhələdən konseptual və analitik mərhələyə keçidini təmin edir. Eyni zamanda, folklor nümunələri milli-mənəvi dəyərləri qoruyub saxlayır, real-tarixi və etnoqrafik proseslərin izlərini əks etdirir və dövlətin bu sahədə apardığı ideoloji siyasətin elmi təminatını dəstəkləyir.

S.Xavəri Qərbi Azərbaycan folklorunun ümumtürk epik düşüncə sisteminin canlı hissəsi olduğunu, Anadolu, Qarabağ və Borçalı mədəni mühitləri ilə eyni struktur kodlara malik olduğunu vurğulayıb: "Bütün bu xüsusiyyətlər Qərbi Azərbaycan folklorunu yalnız mədəni irs deyil, həm də dövlət siyasətinin və milli kimliyin elmi təminatında mühüm resurs kimi önəmli edir."

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri