Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Səssiz eşidilən nəğmələr

Səssiz eşidilən nəğmələr

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Tofiq Hüseyn,

Əməkdar jurnalist

Bu, nə “qeyri-adi hadisə”, nə də bir “ilk”deyildi. İclas, yığıncaq, ad günü, toy mərasimi də deyildi. Bura - Masallı rayonundakı Məmmədxanlı kəndinə gələnlər telefon bağlantıları, yaxud dəvətnamələrlə təşrif buyurmamışdılar. Sadəcə olaraq, cəmisi iki il bundan əvvəl kənd ziyalıları tərəfindən irəli sürülən “hər il mayın sonuncu ongünlüyündə toplaşaq” təşəbbüsünə qoşulanlar idilər.

Aralarında Bakıdan, Masazırdan, Xırdalandan, daha neçə yerdən əllərindəki işi, yaxud hansısa bir vacib tapşırığı, şənbə gününün lap elə istirahətini yarımçıq qoyub məsafə qət etmişdilər. Kənd ağsaqqalı, qocaman müəllimin evinin geniş aynabəndində iri stol açılmışdı. Stolun üstündə el arasında deyildiyi kimi, barmaq basmağa yer yox idi. Kəndin bacarıqlı xanımlarının dadlı-məharətli əli ilə hazırlanan xörəklər düzülmüşdü süfrəyə. Menyüdəki çeşidlər də son dərəcə sadə idi. Əsas yeri “paxla plov”, ”tərə dolması” tuturdu. Südlü plovun vacib komponenti - şor balıq istisana olmaqla stolun üstündə nə var idisə, - mövsümün meyvələrindən çiyələk, ağ-qara tut, göyşə alçası, tərəvəzlərdən xiyar-pomidor salatı, göy-göyərti, içkidən kompot, keçən idən qalma arı şanı, - hər şey həyətyanı təsərrüfatdan əldə olunub hazırlanan nemətlər idi.

Keçək əsas mətləbə. Məmmədxanlı kəndinin bərəkətli torpaqları var. Torpağa bir tum atsan iki gündən sonra onu göyərən görəcəksən. Geniş kövşənləri, tarlaları başına götürən yaşıllıqlar may ayında daha cazibədar görkəm verir. Kənd camaatı işgüzar, zəhmətkeş adamlardır. Burda əsas dolanışıq yeri təsərrüfatdan əldə olunan gəlirdir. Torpaqda əsasən, kartof, tərəvəz becərilir, bunlarla birlikdə bazara ev quşları, ağartı məhsulları çıxarılır. Bu kəndin türklər demişkən, özəl bitkisi paxladır. Bu tərəvəz öz ləzzəti-keyfiyyəti ilə o dərəcədə fərqlənir ki, hətta qonşu kəndlərdə burdakı paxlanın dadını-tamını əldə edə bilmirlər. Paxla qatqısı ilə bişirilən plov da bu kəndin əsas xörəklərindən hesab olunur. Paxladan üç halda qida kimi istifadə etmək mümükündür. Paxlanı bütöv halda duzlu suda bişirib yemək, dənəsini qabıqlı halda döğaya əlavə edib xörəyə dad vermək olur. Plova isə dənəsinin qabığı soyulmuş halda qatılır.

Sosial şəbəkədən oxuyuruq: paxla böyrəklərin dostudur, ağrıları yüngülləşdirir, böyrək qumlarının və daşlarının tökülməsinə kömək edir, xolesterini aşağı salır, qəbzliyə yaxşı təsir edir və s... Məsələ bunda da deyil. Paxlanın faydalarına internetdə nəzər salmaq olar. Kənddə bu bitkiyə önəm verilməsinin yuxarıda işarə elədiyimiz kimi maraqlı səbəbi var. Yaşıl yarpaqları, çəhrayı çiçəkləri ilə göz oxşayan bu bitki bar gətirəndən cəmisi bir neçə gündən sonra, qısa müddətdə solub-saralır, sovulur. Bu isə may ayının sonuncu ongünlüyünə təsadüf edir. Kəndin əsas neməti hesab olunan bu bitkinin dadını-tamını məhz elə bu günlərdə dadmaq olar. Kənd ziyalıları bu günləri “paxla günü” adlandırıb hər il doğma yurda baş çəkib bu günlərdən birini şənliyə çevirmək qərarına gəliblər. Hətta arabir zarafat salıb deyirlər: ”Niyə Sabirabadda qarpız, Göyçayda nar bayramı olsun, bizdə paxla bayramı olmasın. Paxla o meyvə-tərəvəzdən həm ləzzətli, həm də faydalıdır”.

Məmmədxanlını başqa kəndlərdən fərqləndirən ikinci bitki tərədir. Onu bu yerlərin adamları özləri üçün “Allah vergisi”adlandırırlar. Tərə becərilmir, təbii halda bitir. Maraqlısı odur ki, bu bitkinin də sorağı qonşudakı daha iri, daha varlı kəndlərin yox, elə bu kəndin payına düşüb. Dovğada, dolmada bu bitkinin yerini heç bir tərəvəz əvəz edə bilmir. Yaz aylarında əlində sellafon torba tutub kəndə müxtəlif yerlərdən tərə yığmağa gələnləri görmək olur. Onu da deyək ki, kənd adamlarının tərəyə münasibəti birmənalı deyil. Yaşlılar rus-alman müharibəsi zamanı əhalinin tərə qaynadıb yediyini xatırlayır, çörəyi, yaxud başqa qida məhsulunu əvəz etmək məcburiyyətinə səbəb olan bu bitkiyə bir az da yaxşı baxmırlar. Hətta müharibədən xeyli sonra nəşriyyatda öz kitabını çap etdirə bilməyən əyalət şairi bir şeirində tərəni lağ obyektinə çevirmişdi:

Yadlar kürü-kərə yedi,

Balalrım tərə yedi,

Yerə girdim xəcalətdən

İlk kitabın yolunda mən.

Xülasə, qayıdaq bizim stola və stolun ətrafındakılara. İlk olaraq həmkəndlilər qəbristana yollanıb dünyadan köçən doğmalarını ziyarət edirlər. Təbii nemətlərlə bəzənmiş stolun ətrafında isə boğazdanyuxarı tərif, qeybət, kədərli, ürəkağrıdan söz-söhbət eşidilmir. Deyilənlərə qulaq asdıqca başa düşürsən ki, ”paxla günü” görüşüb hal-əhval tutmaq, bir-birindən xəbərdar olmaq, keçənləri yada salıb məzələnmək, gülüb-şadyanalıq etmək üçün bir vasitə, bir bəhanədir.

İndi söhbət kimlərdən gedir? Dəstədən geri qalmamaq üçün at belində ova gedən Xanışın çantasına anası Məryəm arvad yağlı beçədən tutmuş yağ-pendirə kimi ərzaq yükləyir. Xanış axşamçağı ovdan qayıdanda kənd camaatı görür ki, atın belinə qoyulan yəhər Xanışın belindədir.Tezlikə aydın olur ki, Xanışın əlində qəfil açılan güllə atın beynini dağıdıb. Xanış ov əvəzinə atın yəhəri ilə kəndə qayıtmalı olub.

Arabaçı Müğdət qonşu kənddə Mürşüdün qızı Minəni elə sürdüyü öküz- araba ilə qaçırıb. Evləniblər. Ailədə 10 uşaq dünyaya gəlib. Qızlardan biri qonşu kənddəki oğlanlardan birinə o vaxtkı “Volqa” maşınında qoşulub qaçıb. Minə ərinə hökm edib ki, gedib qızı qaytarsın. Müğdət də söz altında qalmayıb: “ay zalımın qızı, mən səni qaçıranda atan öküz arabasına çata bilmədi, indi mən “Volqa”ya necə gedib çatım”?..

Bəli, bu gün bizim doğma-müstəqil məmləkətimizin torpağı dünya nemətləri ilə dolu olan gözəl kəndlərimizdən birində - Məmmədxanlıda maraqlı gün yaşanır. Paxla plov, tərəli dolma süfrəsi arxaslnda nə müğənni var, nə musiqi. Şən qəhqəhələr, gülüş sədaları nəğmə kimi ətrafa yayılır - səssiz eşidilən nəğmələr...


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:274
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1145

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see600

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see342

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see324

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see323

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see322

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see316

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see275

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see250

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see223

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see198

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see197

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see197

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see195

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see191

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see191

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see181

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see176

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri