Icma.az
close
up
RU
ŞƏT də qəbul edilən qərarlar region və dünyada yeni nizam formalaşdırır POLİTOLOQ ŞƏRH ETDİ

ŞƏT də qəbul edilən qərarlar region və dünyada yeni nizam formalaşdırır POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qəbul edilən qərarlar təkcə iştirakçı ölkələr üçün deyil, bütövlükdə region və dünya siyasəti üçün mühüm əhəmiyyət daşıyır. İlk növbədə, bu təşkilat dünyanın ən böyük geosiyasi platformalarından biridir və üzv ölkələrin əhalisi, iqtisadi gücü, enerji resursları, həmçinin təhlükəsizlik sahəsindəki potensialı qlobal miqyasda böyük təsir gücünə malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, sammitdə qəbul edilən qərarların regiona təsirinə gəldikdə əsas istiqamət təhlükəsizlik, enerji əməkdaşlığı və nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlıdır. Təşkilat üzvləri arasında siyasi dialoqun güclənməsi regional sabitliyin qorunmasına xidmət edir: "Bu, xüsusilə də Cənubi Qafqaz, Mərkəzi Asiya və Orta Şərq kimi həssas bölgələrdə münaqişələrin qarşısının alınmasında və əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. İqtisadi tərəfdən isə qəbul edilən qərarlar yeni ticarət əlaqələrinin qurulmasına, alternativ enerji və nəqliyyat marşrutlarının inkişafına təkan verir. Məsələn, Orta Dəhlizin inkişafı ilə bağlı qərarlar region ölkələrinin Avropa və Asiya bazarlarına çıxış imkanlarını artırır ki, bu da həm iqtisadi şaxələndirmə, həm də sosial rifah baxımından müsbət nəticələr vəd edir.

Qlobal müstəvidə isə ŞƏT sammiti göstərir ki, dünya artıq təkqütblü sistemlə məhdudlaşmır. Təşkilatın qərarları beynəlxalq münasibətlərdə çoxqütblülüyün möhkəmlənməsinə, yeni güc mərkəzlərinin formalaşmasına xidmət edir. Bu, xüsusilə Qərbin təsir dairəsinin azaldığı bir vaxtda Asiya ölkələrinin beynəlxalq arenada daha aktiv rol almasının göstəricisidir. Şanxay Əməkdaşlıq Təşkilatının sammitində verilən qərarlar həm regionda sabitliyin qorunmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə, həm də dünyada yeni balansların formalaşmasına təsir göstərəcək. Bu qərarlar gələcəkdə beynəlxalq əməkdaşlıq modellərinin dəyişməsinə və yeni geosiyasi nizamın qurulmasına zəmin yarada bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri