Icma.az
close
up
RU
ŞƏT ilə əməkdaşlıq dövlətimizin siyasi iqtisadi maraqlarına tam cavab verir

ŞƏT ilə əməkdaşlıq dövlətimizin siyasi iqtisadi maraqlarına tam cavab verir

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Dövlətlərin beynəlxalq təşkilatlarla əməkdaşlığı strateji əhəmiyyətə malikdir. Bu, milli və qlobal məqsədlərə nail olmaq üçün uzunmüddətli, qarşılıqlı faydalı əlaqələr yaratmaq imkanı yaradır. Azərbaycan da təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda sülhün və təhlükəsizliyin təmin edilməsində, qlobal gündəliyin formalaşdırılmasında, müxtəlif ölkələrlə əməkdaşlığın gücləndirilməsində, eləcə də qlobal problemlərin həllində fəal iştirak edir. Ölkəmizin beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqliyi Azərbaycana marağı artırmaqdadır. Şanxay Əməkdaşlıq Təşkilatı da Azərbaycanla əməkdaşlığı faydalı hesab edir. Təşkilata üzv ölkələrin Azərbaycana etimadı və rəğbəti var. Təbii ki, bu münasibətlər qarşılıqlıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəsi nöqteyi-nəzərindən ŞƏT çərçivəsində əməkdaşlıq bütün tərəfdaşlar üçün əhəmiyyətlidir. Ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşıdır.Rəsmi Bakı bu tərəfdaşlığı sözügedən beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişi hesab edir. Beynəlxalq təşkilatda dialoq tərəfdaşının əhəmiyyəti qlobal problemlərin həllinə kömək etmək, beynəlxalq əməkdaşlığı gücləndirmək, qəbul edilən qərarların legitimliyini təmin etmək və çoxtərəfli diplomatiyanı təşviq etməkdən ibarətdir. Yəni, dialoq tərəfdaşı prosesin iştirakçısı olmaqla yanaşı, həm də beynəlxalq təşkilatların və onların fəaliyyətinin səmərəliliyinin, legitimliyinin və davamlılığının artmasına töhfə verir. Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı kimi təmsilçiliyi də bu mənada vacib əhəmiyyət kəsb edir.

Çinin Tiencin şəhərində keçirilən “ŞƏT+” formatında iclasda çıxışı zamanı da cənab Prezident qeyd etdi ki, məhz ötən il Astanada keçirilmiş sammit çərçivəsində Bakı ilə Pekin strateji tərəfdaşlıq qurdu. “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.” Çin Şanxay Sammitinə ev sahibliyi edən ölkə kimi Şanxay Əməkdaşlıq Təşkilatının gündəliyinin formalaşmasında əsas rol oynayır. Pekin təşkilata Asiya, Avropa və Afrikanı birləşdirməyi hədəfləyən “Bir Kəmər və Yol” Təşəbbüsünün tamamlayıcısı kimi baxır. Azərbaycan da bu layihənin ilk dəstəkçilərindəndir.
Belə ki, çoxtərəfli əməkdaşlığı möhkəmləndirəcək Zəngəzur dəhlizinin həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevrilmək perspektivləri var. Bütün parametrlər üzrə Azərbaycanın ŞƏT-ə üzvü olmaq potensialı böyükdür. Pekin də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib və bunu “Şanxay ruhu”na uyğun hesab edib. Lakin Hindistanın bu prosesdə davamlı qərəzini müşahidə edirik. Belə ki, Hindistan yenidən Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzvlük verilməsinə qarşı çıxıb. Bu, təbii ki, çoxtərəfli diplomatiyaya ziddir. Çünki ŞƏT-in əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi istiqamətində səylərin göstərilməsindən ibarətdir. Amma Hindistan bu qərəzli yanaşma ilə ŞƏT-in prinsiplərini də pozdu. Prezident İlham Əliyev Pakistanın baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşdə bu məsələyə toxundu, Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını dedi. Bununla belə, rəsmi Bakı İslamabadla qardaşlıq münasibətlərini hər şeydən üstün sayır və Yeni Dehlinin bu ucuz siyasəti heç bir halda Azərbaycanın strateji kursunu dəyişmir. Bu gün Azərbaycan ŞƏT-ə üzv olmasa belə, bu təşkilat çərçivəsində çox faydalı əməkdaşlıqlar qura bilib. Azərbaycan Prezidenti 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub. Dünyanın böyük əhalisinə və iqtisadi potensialına malik olan təşkilatla əməkdaşlıq Azərbaycanın siyasi və iqtisadi maraqlarına tam cavab verir.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri