Seul Tramp və Kim Çen Inın mümkün görüşündən xəbərsizdir
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Cənubi Koreya hakimiyyəti ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Koreyalararası sərhəddə mümkün görüşlə bağlı rəsmi məlumata malik olmadıqlarını, lakin belə bir hadisəyə hazır olduqlarını bildiriblər.
Bunu Koreya Respublikası Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Vi Son Lak deyib.
Onun sözlərinə görə, rəsmi Seul yalnız Trampın Şimali Koreya lideri ilə görüşü barədə bəyanatlardan xəbərdardır, lakin onun hazırlandığına dair hələlik təsdiq almayıb.
Donald Trampın APEC tədbirləri çərçivəsində oktyabrın 29-30-da Koreya Respublikasına səfər edəcəyi gözlənilir, lakin 31 oktyabr-1 noyabr tarixlərində keçiriləcək sammitin özündə iştirak etməyəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Oktyabr 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















