“Sevilya”nın baş məşqçisi: Juninyonun “Qarabağ”da çoxlu qol vurduğunu bilirəm AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 dekabr, AZƏRTAC
“Yeni hücumçu ilə bağlı məsələyə transfer pəncərəsi açılandan sonra aydınlıq gələcək”.
AZƏRTAC xəbər verir ki, bu sözləri İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Qarsiya Pimyenta “Qarabağ”ın futbolçusu Juninyonun La Liqa təmsilçisinə mümkün keçidi barədə danışarkən deyib.
İspaniyalı mütəxəssis braziliyalı hücumçu ilə bağlı fikirlərini bölüşüb: “Bildiyim qədərilə, bu forvard çoxlu qol vurur və onun “Qarabağ”la davam edən müqaviləsi var. Qarşıda bizi vacib oyun gözləyir. Tətildən qayıtdıqdan sonra heyəti dəyərləndirmək üçün bir ay vaxtımız olacaq. Hücum xəttini gücləndirməliyik. Digər mövqelər haqqında isə heç nə deyə bilmərəm”.
Qeyd edək ki, “Qarabağ” “Sevilya”nın Juninyo ilə bağlı ilk təklifini qəbul etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 20 Dekabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















